xeberler, son xeberler, xəbərlər, xəbəri, son xəbərlər, son xəbər, xeberi, xeberleri, son deqiqe, en son xeber,

Uşaqların telefon işlətməsi; Zəka geriliyi, aqressivlik səbəb olur

Uşaqların telefon işlətməsi; Zəka geriliyi, aqressivlik səbəb olur Müasir dövrdə uşaqların kiçik yaşlarından telefon istifadə etməsi adi hala çevrilib. Bəs uşaqların erkən yaşından smartfon istifadə etməsi, videolara baxması, video-oyunlar oynaması necə mənfi nəticələrə gətirib çıxara bilər? Valideynlər bu məsələdə necə hərəkət etməlidirlər? Bununla bağlı olaraq psixoloqların fikirlərini öyrəndik. psixoloq Gülnar Orucova bildirib ki, 8 ayından […]

Uşaqların telefon işlətməsi; Zəka geriliyi, aqressivlik səbəb olur
11 İyun 2019 - 15:06 'de eklendi.

Uşaqların telefon işlətməsi; Zəka geriliyi, aqressivlik səbəb olur

Müasir dövrdə uşaqların kiçik yaşlarından telefon istifadə etməsi adi hala çevrilib. Bəs uşaqların erkən yaşından smartfon istifadə etməsi, videolara baxması, video-oyunlar oynaması necə mənfi nəticələrə gətirib çıxara bilər? Valideynlər bu məsələdə necə hərəkət etməlidirlər?

Bununla bağlı olaraq psixoloqların fikirlərini öyrəndik.

psixoloq Gülnar Orucova bildirib ki, 8 ayından sonra hər bir uşaq ətraf aləmi dərk eləməyə başlayır. Ətraf aləmi dərk etdikcə, predmetlərə marağı yaranır. Həmçinin 8 ayından sonra əlavə qidalara keçid başlayır, uşaq ana südünə alışdığı üçün əlavə qidalardan imtina edir. Bu zaman valideyn uşağını zorla yedirməyə çalışır, buna görə də, əlinə telefonu verir ki, təki yesin:

“Əvvala telefon verərək yemək yedirtmək doğru birşey deyil. Çünki bu uşaqda doyma siqnalının gecikməsinə, həmçinin sırf telefonla oynasın deyə təlabatdan çox yeməsinə səbəb olur.

Belə deyək, uşaq doyduğunun fərqində olmur. Ümumiyyətlə, telefon, televizor birtərəfli ünsiyyət sayılır. Birtərəfli ünsiyyət 3 yaşına qədər uşaqlara qadağandır. 3 yaşından etibarən uşağa 2 dəfə, hər dəfə 20 dəqiqə olmaqla telefon vermək olar. 6 yaşında uşaq artıq telefona 40 dəqiqə olmaqla 3 dəfə baxa bilər. Ancaq ailələrmizdə belə olmur. Təəssüf ki, valideynlər öz rahatlıqları üçün, uşaq sakit dursun deyə, uşaqla əlavə oyun oynamasınlar deyə uşağa telefon verirlər”.

Psixoloq telefonun uşaqlara mənfi təsiri barəsində bildirib ki, bu ümumilikdə uşaqların ümumi inkişafına maneə olur, sosiallaşmasını çətinləşdirir:

“Uşağa kiçik yaşlarından telefon vermənin nəticəsi o olur ki, həmin uşağın zəkası normal uşaqların zəkasından 30% geri qalır. Nitqi gec açılır, bəzən nitq xarici dillərdə açılır, ünsiyyəti zəifləyir və uşaq başqaları ilə ünsiyyətə girmək istəmir. İnsan beyni necə işləyir?

Telefonda oynadıqları oyunlar uşaqları aqressivləşdirir, bu oyunlara aludə olan uşaqlarda yuxu pozuntuları əmələ gəlir. Gələcəkdə o uşaq özünü ifadə edə bilməyəcək. Bizdə valideynlər fəxr edirlər ki, uşağı telefonun, planşetin dilini bilir. Başa düşmürlər ki, bu mexaniki yaddaşdır, zəkanın göstəricisi deyil”. 

Psixoloq İlahə Dəmirbəy isə verdiyi açıqlamada bildirib ki, ümumiyyətlə uşağın şəxsiyyəti, xarakteri 6 yaşına qədər formalaşır. Biz əgər bu yaşa qədər uşağı səhv yönəltsək sonra onu düzəldə bilmərik:

uşaqlara telefon zədəsi

“Son dövrlərdə telefon asılılığı artıb və 2-3 yaşına qədər düşüb. Bu çox ciddi bir “SOS” siqnalıdır, həm psixoloqlar, həm müəllimlər, həm də valideynlər üçün. Valideynlər bəzən öyünürlər ki, uşağım kompüterdən çox yaxşı istifadə edir, hətta mənim bilmədiyim funksiyaları bilir. Əslində bu İQ göstəricisi deyil, daha ciddi bir problemdir.

Bu uşağın diqqət dağınıqlığına, yaddaş zəifliyinə, göz problemlərinə və zəka əksikliyinə səbəb olur. Uşaqların bu qədər telefona bağlı olmalarının günahkarı təbii ki, valideynlərdir.

Sakit dursun deyə uşaqlara telefon verirlər, tabletlə yemək yedirirlər. İmkan vermirik ki, uşaqların xəyal dünyaları inkişaf etsin. Müəyyən zaman gəlir ki, uşaqlar bağçaya, məktəbə alışmalı olurlar, onda çətinlik çəkdikdə valideyn məcbur qalıb uşağı psixoloqa gətirir, uşağa cəzalar verir və s”.

Psixoloq deyib ki, uşaqlara yenitmə yaşlarına qədər smartfon vermək olmaz. Əgər uşaq məsuliyyətsizdirsə smart olmayan telefon vermək olar, bu da ancaq 5-6 siniflərdən sonra. Bu da xəbərləşmək üçün:

“Bu yaxınlarda bir uşaq gətirdilər yanımıza. Gözlərini tez-tez qırpırdı və tələskən uşaq idi, hər şeyin cəld olmasını istəyirdi. Biz ona bir müddət telefon istifadəsini qadağan etdik və artıq uşaq normal vəziyyətə gəlməyə başladı. Yəni bir telefon uşağın həm psixoloji, həm fiziki durumunu zəiflədir. Həmçinin telefon asılılığı uşaqlarda empatiya qurmağı çətinləşdirir, uşaqları robot kimi dolaşmağa vadar edir”.

Etiketler :
SON DAKİKA
İLGİLİ HABERLER