Azərbaycan adları
5,039 ad: 3,700 kişi, 1,339 qadın
Abadkişi
kişi adı, sadə, azərbaycan mənşəli «abad» məskun edilmiş, becərilmiş, düzəldilmiş yer,yaşayış məntəqəsi mənalarını bildirən topoformantdır. Şəxs adı kimi «mədəni, səliqəli, arzu olunan» mənalarını ifadə edir.
Abbas // Abaskişi
kişi adı, sadə. Doğru variantı Abbasdır. ərəb mənşəli, «əbbas» (qaraqabaq, tutqun, qəzəbli) sözündəndir. Məhəmməd peyğəmbərin əmisi və imam Əlinin oğlanlarından biri bu adı daşımışlar. Şəxs adı kimi azərbaycan mənşəli dilinə islam dininin təsiri altında keçmişdir.
Abbasağa // Abasağakişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, Abbas // Abas + ağa (azərbaycan mənşəli 1. cənab; yüksək mənsəb sahiblərinə müraciət; 2. ataya, böyük qardaşa müraciət) sözlərindən düzəlib. «Böyük Abbas», «cənab Abbas» mənasını ifadə edir.
Abbasalı // Abasalıkişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, Abbas // Abas + azərbaycan mənşəli Alı ( kişi, oğul, ər mənalarını ifadə edən şəxsi ad) sözlərindən düzəlib. «Qəzəbli ər, qaraqabaq kişi, qəzəbli oğul» mənasına uyğundur.
Abbasalıyev (a) // Abasalıyev (a)kişi
familiya, Abbasalı // Abasalı şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Abbasbəy // Abasbəykişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, Abbas // Abas + azərbaycan mənşəli bəy (ictimai təbəqə, titul bildirir) sözlərindən düzəlib. Keçmişdə şəxsin bəy tituluna mənsub olduğunu ifadə etmişdir. Müasir antroponimikada adı yaşatmaq məqsədilə istifadə olunur.
Abbasbəyli // Abasbəylikişi
familiya, Etnonim mənşəlidir. Şəxsin Abbas // Abas bəyin ailəsinə, nəslinə mənsubluğunu bildirir. Abbas // Abas şəxsi ad + bəy (titul) + li (azərbaycan mənşəli varlıq, aidlik, mənsubluq ifadə edir) şəkilçi– si.
Abbasbəyov (a) // Abasbəyov (a)kişi
familiya, Abbas // Abas şəxsi ad + bəy (titul) + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi) .
Abbasəli // Abasəlikişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, Abbas // Abas + Əli (imam) sözlərindən düzəlib. «Əlinin Abbası» (İmam Əlinin oğlu Abbasa işarədir) deməkdir.
Abbasəliyev (a) // Abasəliyev (a)kişi
familiya, Abbasəli // Abasəli şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus familiya, düzəldən şəkilçi).
Abbasəlizadə // Abasəlizadəkişi
familiya, Abbasəli // Abasəli şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir) şəkilçi– si.
Abbasmirzə // Abasmirzəkişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, Abbas // Abas + mirzə (ərəb mənşəli, «əmirzadə» sözünün qısaldılmış forması, burada şahzadə titulu). XIX əsr İranın dövlət xadimi, Fətəli şah Qacarın oğlu və vəliəhdi, İranın xarici siyasətində mühüm rol oynamış Abbas Mirzənin adından götürülmüşdür.
Abbasmirzəyev (a) // Abasmirzəyev (a)kişi
familiya, Abbasmirzə // Abasmirzə şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Abbasov (a) // Abasov (a)kişi
familiya, Abbas // Abas şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Abbasqulu // Abasqulukişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, Abbas // Abas + azərbaycan mənşəli qul («qulluq edən», «xidmət edən», «itaət edən») + u (III şəxs mənsub. şəkilçi– si). «Abbasa xidmət edən» mənasını ifadə edir.
Abbasquluyev (a) // Abasquluyev (a) // Abbasquliyev (a) // Abasquliyev (a)kişi
familiya, Abbasqulu // Abasqulu şəxsi ad + y (bitişdirici samit, eyni zamanda « u » səsinin «i» səsinə keçməsinə səbəb olan amil) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Abbasquluzadə // Abasquluzadəkişi
familiya, Abbasqulu // Abasqulu şəxsi ad + zadə (fars mənşəli«oğlu» sözündəndir) şəkilçi– si.
Abbaszadə // Abaszadəkişi
familiya, Abbas // Abas şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir) şəkilçi– si.
Abdalkişi
kişi adı, sadə, ərəb mənşəli, «əbdal» (dərviş, qələndər) sözündəndir.
Abdalov (a)kişi
familiya, Abdal şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Abdinkişi
kişi adı, sadə, ərəb mənşəli, «əbddin» – dinin xidmətçisi, dinin nökəri sözündəndir.
Abdinoğlukişi
familiya, Abdin şəxsi ad + oğl (azərbaycan mənşəli «oğul» sözünün qısaldılmış forması) + u (III şəxs mənsub. şəkilçi– si).
Abdinov (a)kişi
familiya, Abdin şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Abdullakişi
kişi adı, sadə, ərəb mənşəli, «əbdüllah» (allahın qulu, tanrının nökəri) sözündəndir. Adın Abdul variantı da işlənməkdədir.
Abdullayev (a)kişi
familiya, Abdulla şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Abdullazadəkişi
familiya, Abdulla şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir) şəkilçi– si.
Abelkişi
kişi adı, sadə, latın mənşəli «Albelus» sözündən olub «ağcaqovaq» deməkdir. Bibliyada Adəmlə Həvvanın oğullarından birinin adıdır. Adla bağlı bir çox dini əfsanələr mövcuddur.
Abgülkişi
kişi adı, mürəkkəb, fars mənşəli «abe – qol» (gül suyu, gül cövhəri, gülab) sözündəndir.
Abhəyatqadın
qadın adı, mürəkkəb, fars mənşəli «abe – həyat» (dirilik suyu, həyat suyu) sözündəndir.
Abikişi
kişi adı, sadə, türk mənşəli «Abi» (böyük qardaş) sözündəndir.
Abidkişi
kişi adı, sadə, ərəb mənşəli, «abid» – ibadətlə məşğul olan deməkdir.
Abidəqadın
qadın adı, sadə, ərəb mənşəli, «abidə» – xatirə, yadigar, nişanə deməkdir.
Abidov (a)kişi
familiya, Abid şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Abiyev (a) // Əbiyev (a)kişi
familiya, Abi // Əbi şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Abizadəkişi
familiya, Abi şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir) şəkilçi– si.
Abıkişi
kişi adı, sadə, fars mənşəli «ab» (su) + ı (oxşarlıq, bənzərlik bildirən şəkilçi). «Suya bənzər», «su kimi» deməkdir. Burada suyun təmizliyi, şəffaflığı əsas götürülür.
Abışkişi
kişi adı, düzəltmə, fars mənşəli Abı + ş (azərbaycan mənşəli oxşama və əzizləmə ifadə edən şəkilçi).
Abışov (a)kişi
familiya, Abış şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Abıyev (a)kişi
familiya, Abı şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ablıkişi
kişi adı, düzəltmə, fars mənşəli «ab» (su) + azərbaycan mənşəli –lı (varlıq bildirən şəkilçi). Antroponim kimi «canlı», «gənc», «canı sulu» mənalarını ifadə edir.
Ablıyev (a) // Abdıyev (a)kişi
familiya, Ablı şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus familiya, düzəldən şəkilçi).
Abtalıbkişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, «Əbu Talib» (Talıbın atası) sözündəndir.
Abtalıbov (a) // Abutalıbov (a)kişi
familiya, Abtalıb //Abutalıb şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Abuzərkişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, «Əbu zərr» (zərrənin atası, mənəvi cəhətdən sahib olan) sözündəndir.
Abuzərov (a)kişi
familiya, Abuzər şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Acalkişi
kişi adı, sadə, qədim türk mənşəli «acan // acar // acal» (soylu, imtiyazlı; xoca, müəllim, öyrədən, ustad) sözündəndir. «Ustad» mənasına uyğundur.
Acalov (a)kişi
familiya, Acal şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Adaşkişi
kişi adı, sadə, azərbaycan mənşəli «addaş» sözündən olub, «eyni ad daşıyan» deməkdir.
Adaşov (a)kişi
familiya, Adaş şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Adəmkişi
kişi adı, sadə, ərəb mənşəli, «adəm» – insan deməkdir. İlk insan və ilk peyğəmbər Adəmin adı ilə bağlıdır.
Adilkişi
kişi adı, sadə, Adilə qadın adı, düzəltmə, ərəb mənşəli, «adil» – ədalətli deməkdir.
Adilov (a)kişi
familiya, Adil şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Adıgözəlkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ad + ı (mənsub. şəkilçi– si.) + gözəl sözlərindən düzəlib. «Adı gözəl olan» deməkdir.
Adıgözəlov (a)kişi
familiya, Adıgözəl şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Adıgözəlzadəkişi
familiya, Adıgözəl şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözünə uyğundur) şəkilçi– si.
Adışirinkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ad + ı (III şəxs mənsub. şəkilçi– si.) + fars mənşəli şirin (xoşa gələn, ürəyə yatan, dadlı) sözlərindən düzəlib. «Adı xoşa gələn» deməkdir.
Adışirinov (a)kişi
familiya, Adışirin şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Afaqqadın
qadın adı, sadə. Antroponim azərbaycan mənşəli «apağ» (ağappaq, düm ağ) və ya ərəb mənşəli, «afaq» (üfüqlər, dünya, aləm) kimi izah olunur.
Afatkişi
müşəxsi ad, sadə, ərəb mənşəli, «afat» - bəlalar, müsibətlər deməkdir. Antroponim kimi bu sözün məcazi mənası (can alan gözəllər) əsas götürülür.
Afərqadın
qadın adı, sadə, fars mənşəli «afəridən» (yaratmaq) felinin kökü olan «afər» sözündəndir. Mənası «yarat, qur» deməkdir.