AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib

07.12.2025 09:47 8 baxış sayı 2 dəq. oxuma Report
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib

AFFA rəhbərliyi cənub bölgəsinə etdiyi səfər çərçivəsində regionda futbol infrastrukturunun vəziyyəti ilə yerində tanış olublar. Nümayəndə heyətinə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev və İnkişaf Strategiyasının icrası üzrə layihə qrupunun dövlət qurumları ilə əlaqələrə məsul şəxsi Ramazan Səmədov daxil idi.


Onlar səfərə Biləsuvar və Cəlilabadda başlayıblar. Burada AFFA rəsmiləri Olimpiya İdman Komplekslərini və yerli stadionları yoxlayıb, mövcud şərait və inkişaf imkanları haqqında məlumat toplayıblar. Daha sonra heyət Lənkəran Olimpiya İdman Kompleksinə baş çəkib. Lənkəranda Kütləvi Futbol Turniri çərçivəsində uşaqlar arasında Beynəlxalq Futbol Gününə həsr olunmuş yarışı izlədilər. Bu tədbirdə AFFA iştirakçılara futbol topları və formalar hədiyyə edərək gənc idmançılara dəstək oldu.


Səfər zamanı müxtəlif qurum və yerli nümayəndələrlə bir sıra faydalı görüşlər keçirilib. Cənub turu Ərkivan qəsəbə stadionunun və Masallıda yerləşən Anatoli Banişevski adına stadionun yoxlanılması ilə davam etdi. Səfərin yekununda AFFA rəsmiləri Salyan Olimpiya İdman Kompleksində idman infrastrukturuna baxış keçirib, mövcud vəziyyətlə tanış olublar. Bu səfər regionlarda futbolun inkişafı üçün atılan addımların bir hissəsidir.


R
İdman redaktoru

Futbol mənim həyatımdır. Uşaqlıqdan bəri stadionlara gedirəm. İndi isə bu barədə yazmaq şansım var. Yerli çempionat və milli komandanı izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: