
Ağ Ev: Delsi Rodrigesin ABŞ-yə səfəri müzakirə olunur

Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqesin ABŞ-yə mümkün səfəri ilə bağlı müzakirələr aparılır, lakin hələlik bu barədə qəti planlar yoxdur.
Bu məlumatı Ağ Evin mətbuat katibi Kerolayn Livitt açıqlayıb. Jurnalistlərin Rodriqesin ABŞ-yə nə vaxt səfər edə biləcəyi ilə bağlı sualına cavab verən Livitt, dəqiq bir tarixin olmadığını deyib. O bildirib ki, bu səfər ehtimalı müzakirə olunsa da, bu mərhələdə hələlik heç bir qəti plan mövcud deyil.
Livitt həmçinin Vaşinqtonun Venesuelanın son addımını müsbət qarşıladığını vurğulayıb. Ağ Ev sözçüsü ölkənin yanvar ayının sonunda elan etdiyi siyasi məhbuslara əfv qərarını alqışlayıb. Onun sözlərinə görə, bu irəliləyişi hər kəs alqışlamalıdır. "Xanım Rodriqes bu öhdəliyi götürüb və yerinə yetirib. Biz onun vədlərini yerinə yetirməyə davam etməsini gözləyirik," deyə Ağ Ev sözçüsü ABŞ-yə səfəri müzakirə olunan Rodriqesin gələcək addımları ilə bağlı gözləntilərini ifadə edib.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Venesuelanın müvəqqəti prezidenti Trampa müraciət...
Azəri Xəbər

Türkiyə və İran XİN başçıları arasında görüş başla...
Azəri Xəbər

Venesuelada yeddi günlük matəm elan edilib
Azəri Xəbər

Hindistan və Venesuela 2026-cı ildə münasibətləri...
Azəri Xəbər

Rodriqes ümumi amnistiya qanununu dəstəkləyib
Azəri Xəbər

Qırğızıstan Prezidenti Pakistana dövlət səfəri edə...
Azəri Xəbər




