AMB ötən il satılmayan 541 milyon dolları Maliyyə Nazirliyinə transfer edib

04.02.2026 08:05 35 baxış sayı 2 dəq. oxuma Trend
AMB ötən il satılmayan 541 milyon dolları Maliyyə Nazirliyinə transfer edib

Azərbaycan Mərkəzi Bankı (AMB) ötən il valyuta bazarında satılmayan 541 milyon ABŞ dollarını Maliyyə Nazirliyinə transfer edib. Bu vəsaitin köçürülməsi daxili bazarda xarici valyutaya olan tələbatın aşağı olduğunu göstərir. AMB sədri Taleh Kazımov bu məlumatı faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında açıqlayıb.


Sədrin sözlərinə görə, xarici valyutada olan həmin vəsait manata çevrilmədən birbaşa Maliyyə Nazirliyinə köçürülüb. Kazımov qeyd etdi ki, əgər növbəti aylarda tələbat yaranarsa, AMB şübhəsiz ki, həmin vəsaitləri valyuta bazarında istifadə edəcək. Hazırkı vəziyyət isə əhalinin valyuta almaqdan daha çox satmağa meylli olduğunu göstərir. Transfer məbləğini nəzərə alsaq, gözləniləndən təxminən 400-450 milyon dollar az valyuta satılıb, çünki bazarda tələb yoxdur.


T. Kazımov yanvar ayında da valyuta bazarında heç bir xüsusi artımın müşahidə olunmadığını vurğuladı. Plana görə 700 milyon dollara yaxın valyuta satılmalı olsa da, təxminən 300-350 milyon dollar satış baş verib. Mərkəzi Bank nağd alışları da nəzərdən keçirir. Yanvar ayında son 3-4 ildə ən aşağı nəticə qeydə alındı. Əhali aldığından 18 milyon ABŞ dolları daha çox valyuta satıb, yəni 18 milyon dollar mənfi saldo yaranıb. Bu, yanvar ayı üçün son illərin ən aşağı göstəricisidir. Bu səbəbdən AMB valyuta bazarında sabitliyin mövcud olduğunu bildirir və heç bir risk görmür.


S
İqtisadi analitik

İqtisadiyyat sahəsində 10 ildir analitik işləyirəm. Maliyyə bazarları və investisiya mövzuları mənim ixtisasımdır. BSU-nun İqtisadiyyat fakültəsini bi...

Bütün məqalələrə baxın
Paylaş: