
Antibiotiklər elektron resept üzərindən təyin edilməlidir - Səhiyyə Nazirliyi
Azərbaycan qanunvericiliyi antibiotiklərin (antibakterial preparatların) istifadəsini ciddi şəkildə tənzimləyir. Səhiyyə Nazirliyindən verilən məlumata görə, "Dərman vasitələri haqqında" Qanuna əsasən antibiotiklər yalnız resept əsasında buraxıla bilər. Reseptsiz satışa nəzarətin güclənməsi üçün həkimlər bu dərmanları yalnız elektron resept üzərindən təyin etməlidirlər. Bu qayda həm vətəndaşların sağlamlığını qorumağa, həm də dərmanlara qarşı davamlılığın yaranmasının qarşısını almağa hesablanıb.
Qanunvericiliyə görə, həkim müalicəni yalnız tibbi göstəriş olduqda təyin edə bilər. Bu, "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunun tələbidir. Hər hansı dərman köçürülməsi ancaq tibbi göstərişlə mümkündür. Tibbi xidmətlərin göstərilməsi yalnız təsdiqlənmiş klinik protokollar üzrə aparılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən həmin klinik protokollar antibiotiklərin istifadəsinə dair dəqiq meyarlar müəyyən edir. Bütün müalicə prosesləri Səhiyyə Nazirliyinin təsdiq etdiyi bu sənədlər əsasında aparılmalıdır.
Həkim-terapevt Günel Cəfərova bildirir ki, antibiotiklər ancaq bakterial infeksiyalar zamanı istifadə edilən dərmanlardır. Onların virus xəstəlikləri, allergiyalar və ya bəzi göbələk xəstəliklərində istifadəsi məsləhət görülmür. Müalicənin seçimi xəstənin ağırlığından, yaşından və yanaşı gedən xəstəliklərdən asılı olur. Həkim dərmanın dozasını və müalicənin müddətini düzgün təyin etməlidir. Kurs tam başa çatdırılmadan istifadə olunması antibiotikə qarşı rezistentliyə səbəb olur. Uzunmüddətli və səhv istifadə isə disbakterioza və qaraciyərin toksiki zədələnməsinə gətirib çıxara bilər.
Səhv istifadə səbəbindən yaranan antibiotikədavamlı bakteriyalar eyni infeksiya ilə təkrar yoluxma zamanı müalicə müddətinin uzanmasına, xəstəxanada qalma günlərinin artmasına, hətta ölüm riskinin yüksəlməsinə səbəb ola bilər. Antibiotiklərin tətbiqi bağırsaq mikroflorasının pozulması (kandidoz, diareya) və qaraciyərin toksiki zədələnməsinə, sarılığa gətirib çıxarır. Ağır hallarda isə allergik reaksiyalar, dəridə səpkilər və Anafilaktik şok meydana gələ bilər. Xəstələr yalnız həkim təyinatı üzrə istifadə etməli, spirtli içkilərdən uzaq durmalı və qəbul etdikləri digər dərmanlar haqqında həkimə mütləq məlumat verməlidirlər. Müalicə kursu yarımçıq saxlanılmamalı, ehtiyac olarsa, antibiotiklərlə yanaşı prebiotiklər də istifadə edilməlidir.
Tibb və səhiyyə xəbərləri üzrə ixtisaslaşmışam. Tibb bacısı kimi işlədikdən sonra jurnalistikaya keçdim.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Əlillik təyin edilən şəxslərin sayı açıqlandı
Bugun.az

Nazirlik 7 ayda əlillik təyin olunan şəxslərin say...
Bugun.az

Xəstəlik vərəqini kimlərin ala biləcəyi açıqlandı
Bugun.az

“Səhiyyə Nazirliyi sanki süddən çıxmış ağ qaşıqdır...
Son Xeberler

Milli Qəhrəmanların ailələrinə Prezident təqaüdü t...
Bugun.az

Səhiyyə Nazirliyi
Son Xeberler



