
"Apple" şirkəti yeni Süni İntellektin təqdimatının yubanmasına aydınlıq gətirib

Apple şirkətinin rəhbəri Tim Kuk korporasiyanın uzun müddətdir vəd etdiyi güclü süni intellekt (Sİ) sistemini niyə hələ də təqdim etmədiyini izah edib. Kuk, investorlar üçün hazırlanan hesabatda çıxış edərək, şirkətin hazırda süni intellekt funksiyaları və alətləri üzərində aktiv şəkildə işləməyə davam etdiyini və onları təkmilləşdirdiyini bildirib.
Sahibkar, həmçinin, Siri səsli köməkçisinin yenilənmiş versiyasını təqdim edəcəyinə söz verib. O, ağıllı səs köməkçisinin buraxılış tarixinin uzanmasını bu işin "asan tapşırıq olmaması" ilə əlaqələndirib. Bu genişmiqyaslı layihə mürəkkəb olduğundan, Apple ilkin müəyyən edilmiş müddətə çata bilmədi. Əslində, şirkət əvvəlcə bu təkmilləşdirilmiş səsli köməkçini 2024-cü ildə ictimaiyyətə təqdim etməyi planlaşdırırdı.
IT nəhəngi indi süni intellektə əsaslanan yeni Siri versiyasını 2026-cı ildə təqdim etməyi planlaşdırır. Lakin Kuk dəqiq buraxılış tarixi barədə hələlik heç bir məlumat açıqlamayıb. Bu yenilənmiş Sİ sistemi Apple-ın əsas cihazlarında istifadəçilərə təqdim ediləcək. Yeni "Siri" iPhone, Mac, iPad və şirkətin digər texniki qurğularında işləyəcək.
Tim Kuk və komandası, Sİ alətlərinin tamamlanması və mükəmməlləşdirilməsi üçün əlavə vaxt lazım olduğunu bildirir. Bu ehtiyac texnologiyanın ilkin planlaşdırılan tarixdən iki il gecikməsinə səbəb olur.
ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...
Bütün məqalələrə baxınOxşar xəbərlər

iOS 18.2 ilə yeni süni intellektlər gələ bilər!
Texnologiya xəbərləri

Apple 2026-cı ildə ağıllı eynək təqdim edəcək!
Texnologiya xəbərləri

Apple-ın Süni Zəkası İzləyiciləri Qəzəbləndirdi
Texnologiya xəbərləri

NVIDIA Dünyanın Ən Qiymətli Şirkəti Oldu!
Texnologiya xəbərləri

"Apple"ın süni intellektinin səhvi gündəm oldu
Bugun.az

Apple Şirkəti Süni Zəka İlə Bağlı Məhkəmə İşinə Cə...
Texnologiya xəbərləri



