
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinə hökm oxunur

Hazırda Azərbaycana qarşı hərbi təcavüz nəticəsində çoxsaylı cinayətlər törətməkdə ittiham olunan bir qrup Ermənistan vətəndaşına hökm oxunur. Bu şəxslər arasında keçmiş separatçı rəhbərlər Arayik Harutyunyan və digərləri, o cümlədən Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan və Levon Mnatsakanyan var. Onlar təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarının və qaydalarının pozulması kimi ağır ittihamlarla üzləşirlər.
Onlara qarşı irəli sürülən cinayət işləri sülh və insanlıq əleyhinə cinayətlər törətməyi əhatə edir. Eyni zamanda, təqsirləndirilən şəxslər terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama kimi əməllərdə də ittiham olunurlar. Bu, onların barəsində olan cinayət işləri üzrə keçirilən açıq məhkəmə prosesinin yekun mərhələsidir. Hökm Bakı Hərbi Məhkəməsində oxunur.
Məhkəmə iclasına hakim Zeynal Ağayev sədrlik edir; tərkibə Camal Ramazanov və Anar Rzayev daxildir. Proses zamanı təqsirləndirilən Ermənistan vətəndaşlarının hər biri bildikləri dildə tərcüməçi, həmçinin öz müdafiələri üçün vəkillərlə təmin ediliblər. Məhkəmə zalında təqsirləndirilən şəxslər və onların müdafiəçiləri iştirak edirlər. Zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri də buradadır. Dövlət ittihamını müdafiə edən prokurorlarla yanaşı, Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov da təmsil olunur.
Bu genişmiqyaslı məhkəmə prosesi 2025-ci ilin yanvarın 17-də başlayıb. Məhkəmə kollegiyası dekabrın 26-da müşavirəyə yollanmışdı. İndi isə Azərbaycana qarşı törədilmiş hərbi və sülh əleyhinə cinayətlərə hüquqi qiymət verən proses başa çatır və yekun qərar elan edilir.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Ermənistan vətəndaşlarının məhkəməsində təqsirlənd...
Azəri Xəbər

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin tör...
Azəri Xəbər

Prokurorlar onlara cəza istədilər
Bugun.az

Ermənistan vətəndaşlarının məhkəməsində yekun məhk...
Azəri Xəbər

Ermənistan vətəndaşlarının məhkəməsində təqsirlənd...
Azəri Xəbər

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin tör...
Azəri Xəbər




