"Arsenal" London derbisində "Tottenhem"i darmadağın edib

23.11.2025 19:05 10 baxış sayı 1 dəq. oxuma Trend
"Arsenal" London derbisində "Tottenhem"i darmadağın edib

İngiltərə Premyer Liqasında 12-ci turun oyunları keçirilib. Bu turun mərkəzi qarşılaşması London derbisi idi. "Arsenal" doğma meydanında "Tottenhem"i qəbul etdi. Gərgin keçən mübarizə ev sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşdı. "Arsenal" "Tottenhem"i 4:1 hesabı ilə məğlub edib, vacib üç xalı aktivinə yazdı.


Bu qələbə turnir cədvəlində "topçuların" mövqeyini daha da gücləndirdi. Hazırda "Arsenal" 29 xalla liqaya başçılıq edir. Derbidə məğlubiyyətə uğrayan qonaqlar isə 18 xal yığıblar və cədvəlin 9-cu pilləsində qərarlaşıblar.


N
Olimpiya idmanları müxbiri

Olimpiya idman növləri və idmançıların hekayələrini danışmağı xoşlayıram. Qadın idmanının inkişafı mənim ürəyimə yaxın mövzudur.

Bütün məqalələrə baxın
Paylaş: