
Artıq 5 ildir ki, Füzulidə Azərbaycan işığı yanır (VİDEO)

Bakı. Trend:
İşğaldan azad edilən ərazilərin Azərbaycan enerji sisteminə qoşulması və ən qısa vaxtda enerji ilə təchiz edilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bütün azad edilən rayonlarda olduğu kimi Füzuli rayonunda da böyük işlər görülüb.
Trend xəbər verir ki, “AzərEnerji” tərəfindən Füzulidəki “Şükürbəyli” yarımstansiyasına “İmişli” yarımstansiyasından 51 kilometr məsafədə 110 kilovoltluq ötürmə xətti çəkilib. Eyni zamanda, “Şükürbəyli” yarımstansiyası genişləndirilərək qovşaq yarımstansiyası olaraq tam yenidən qurulub. Oradan isə Füzuli şəhərinə 110 kilovoltluq ikidövrəli ötürmə xətti çəkilib və bir neçə ayın içərisində Füzuli şəhərində 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilib.
2021-ci ilin iyun ayının 14-də Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə “Füzuli” və “Şükürbəyli” yarımstansiyalarının açılışı olub.
Bu gün şəhər günü qeyd edilən Füzulidə artıq 5 ildir ki, Azərbaycan işığı yanır.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Emin Hüseynov: Füzulidə artıq 3 mindən çox əhali y...
Azəri Xəbər

Füzulidə məscidin təməlqoyma mərasimi keçirildi -F...
Bugun.az

Sarayda yaşayış binası yanır - VİDEO
Bugun.az

Bakıda park yanır
Son Xeberler

SON DƏQİQƏ! Meyvəli bazarı yanır - VİDEO
Son Xeberler

Bakıda qamışlıq yanır
Son Xeberler