Astana Azərbaycan Prezidentinin səfərinə hazırlaşır

19.10.2025 18:56 8 baxış sayı 1 dəq. oxuma Report
Astana Azərbaycan Prezidentinin səfərinə hazırlaşır

Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Prezidenti İlham Əliyevin qarşıdakı səfərinə hazırlıq işləri aparılır. Bu, ölkənin paytaxtında hiss olunur.


"Akorda"nın mətbuat xidməti tərəfindən yayımlanan videoda bu hazırlıqlar açıq şəkildə görünür. Axşam saatlarında Astananın mərkəzi prospektlərini Azərbaycanın üçrəngli bayrağı ilə işıqlandırılmış LED ekranlar bəzəyib. Bu vizual hazırlıqlar dövlət başçısının səfərinə verilən yüksək önəmi göstərir.


Prezident İlham Əliyev Qazaxıstan lideri Kasım-Jomart Tokayevin dəvəti ilə bu ölkəyə səfər edəcək. Bu səfər dövlət səfəri statusunu daşıyır. Səfərin 20-21 oktyabr tarixlərində baş tutacağı daha əvvəl qeyd olunmuşdu.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: