
Astarada qəza olub, 19 yaşlı sürücü xəsarət alıb

Astara rayonunun Təngərüd kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Gecə saatlarında qeydə alınan hadisə zamanı 19 yaşlı sürücü idarəetməni itirərək yol kənarındakı dirəyə çırpılıb və ağır xəsarətlər alıb.
Qəza zamanı 2006-cı il təvəllüdlü kənd sakini Tahin Ramin oğlu Dadaşov "Azsamand" markalı avtomobili idarə edirdi. O, hərəkətdə olarkən avtomobilə nəzarəti itirib, nəticədə maşın yoldan çıxaraq dirəyə çırpılıb. Tahin Dadaşov dərhal Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə aparılıb və hospitalizasiya edilib.
Həkimlər müayinə zamanı sürücüyə sol çiyin qurşağının küt travması və bədəndə çoxsaylı sıyrıntılar diaqnozu qoyublar. Onun müalicəsi hazırda təcili yardım şöbəsində davam etdirilir. Sürücünün öz sözlərinə görə, qəza baş verən zaman digər avtomobil ötmə əməliyyatını düzgün yerinə yetirməyib və onun idarə etdiyi "Azsamand" markalı avtomobili sıxışdırıb. Faktla bağlı polis tərəfindən araşdırma aparılır.
Formula 1, avtomobil yarışları və motor idmanları üzrə yazıram. Bakıda Formula 1 yarışları keçirilməyə başlayandan bəri bu maraq daha da böyüyüb.
Bütün məqalələrə baxınOxşar xəbərlər

3 rayonda ağır qəza oldu - VİDEO
Bugun.az

Şəkidə qəza oldu - Xəsarət alan var
Bugun.az

Oğuzda ağır qəza - 25 yaşlı gənc öldü
Bugun.az

Laçında ağır qəza -Ölənlər var
Bugun.az

Lənkəranda qəza: Sürücülər yaralandı
Bugun.az

Neftçalada qəza baş verdi - Xəsarət alanlar var
Bugun.az