“Ayaks” yeni baş məşqçi axtarışındadır

07.11.2025 11:15 8 baxış sayı 1 dəq. oxuma Trend
“Ayaks” yeni baş məşqçi axtarışındadır

“Ayaks” klubu Con Heytinqanın istefasından sonra yeni baş məşqçi axtarışına başlayıb. Məşhur insayder Fabritsio Romano bu proseslə bağlı məlumat yayıb.


Romano bildirir ki, Amsterdam təmsilçisi dərhal komandanın keçmiş baş məşqçisi Erik ten Haqa təklif göndərib. Ten Haqın yenidən “Ayaks”ı çalışdırma ehtimalı yaranıb. Hazırda onun bu təklifə hələ cavab vermədiyi qeyd olunur.


Onu da xatırlatmaq lazımdır ki, "Ayaks" klubu bu mövsüm Çempionlar Liqasının Liqa mərhələsində iştirak edir. Onlar bu mərhələdə “Qarabağ”ın rəqiblərindən biridir. Bu komandaların qarşılaşması dekabrın 10-da Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


E
Döyüş idmanları müxbiri

Güləş, boks və döyüş idman növləri üzrə mütəxəssisəm. Özüm də 6 il güləşlə məşğul olmuşam, bu mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: