Ayı Quba sakininə hücum edərək yaraladı - FOTO

16.10.2025 20:37 10 baxış sayı 2 dəq. oxuma Apa
Ayı Quba sakininə hücum edərək yaraladı - FOTO

Quba rayonunun Qonaqənd qəsəbəsi ətrafında bir ayı, mal-qara otaran yerli sakinə hücum edib. Əldə etdiyimiz məlumata görə, rayonun Vladimirovka kənd sakini Azər İskəndərov xırdabuynuzlu heyvanları yaylaqda otararkən yırtıcının qəfil hücumuna məruz qalıb. Ayı onu yerə yıxaraq ciddi xəsarətlər yetirib.


Şükürlər olsun ki, sürüdəki güclü çoban itləri həmin şəxsi yırtıcının caynağından xilas edə biliblər. Müxtəlif bədən xəsarətləri alan Azər İskəndərov dərhal Quba Rayon Mərkəzi Xəstəxanasına aparılıb, müvafiq tibbi yardım göstərildikdən sonra müalicəsi davam etdirilmək üçün evə buraxılıb.


Qeyd edək ki, son vaxtlar Quba rayonu ərazisində ayıların təsərrüfatlara hücumları artıb, bu da yerli sakinlər arasında ciddi narahatlıq yaradır. Kəndlilərin xırda və iribuynuzlu mal-qarası dəfələrlə ayılar tərəfindən parçalanaraq məhv edilib. Lakin yırtıcının insana xəsarət yetirməsi halı ilk dəfə olaraq qeydə alınıb.


G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: