
Azər Maqsudova hökm oxunub

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatdı. Sabunçu rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə prokuror, Azər Maqsudovun 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini və 3 il nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməsini istəmişdi.
Müşavirədən sonra hakim yekun hökmü elan etdi. Hökmə əsasən, təqsirləndirilən şəxs 4 il müddətinə azadlıqdan məhrum edildi. Ona həmçinin nəqliyyat vasitəsini 1 il müddətinə idarəetmə hüququndan məhrumetmə cəzası tətbiq edildi. Maqsudov cəzasını məntəqə tipli cəzaçəkmə müəssiəsində çəkəcək. Məhkəmə tərəfindən qaldırılan mülki iddia isə baxılmamış saxlanıldı. Barəsində tətbiq edilən qətimkan tədbiri, onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyatdan keçənə qədər dəyişdirilmədən qüvvədə saxlanılacaq.
Xatırladaq ki, nəqliyyat hadisəsi 2023-cü ilin noyabr ayında Sabunçu rayonu ərazisində baş vermişdi. Azər Maqsudov noyabrın 15-i gecə saat 23 radələrində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törətdi. Qəza zamanı 1956-cı il təvəllüdlü Arif Acaloğlu həyatını itirdi. Hadisə yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində Acaloğlunun qəfil avtomobilin qarşısına çıxması nəticəsində baş verib. A.Maqsudov xəsarət alan şəxsi dərhal xəstəxanaya apardı, lakin həkimlərin bütün səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmadı.
Vəfat edən Arif Acaloğlu Türkiyədə yaşayan alim, İstanbul Mərmərə Universitetinin müəllimi və türkoloq idi. O, Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlmişdi. Beləliklə, məhkəmə prosesi başa çatdı və Azər Maqsudova hökm oxundu.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Azər Zahid xanımının və anasının görüntülərini ya...
Şou Xəbər

Fuad Muradova hökm oxundu
Bugun.az

Azər Maqsudov vəzifəsindən azad ediləcək?
Azəri Xəbər

Tərtərdə anasının gözü qarşısında qardaşını öldürə...
Azəri Xəbər

Bəxtiyar Hacıyevə hökm oxundu
Bugun.az

Ramin Qurbanova hökm oxundu
Bugun.az



