Azərbaycan beynəlxalq müstəvidə müxtəlif mədəniyyətlər arasında ahəngdar münasibətləri təşviq edir - Prezident İlham Əliyev

17.10.2025 10:35 10 baxış sayı 1 dəq. oxuma Trend
Azərbaycan beynəlxalq müstəvidə müxtəlif mədəniyyətlər arasında ahəngdar münasibətləri təşviq edir - Prezident İlham Əliyev

Azərbaycan beynəlxalq müstəvidə müxtəlif mədəniyyətlər arasında ahəngdar münasibətləri təşviq edir. Ölkə eyni zamanda sivilizasiyalararası dialoq zəminində davamlı olaraq bir sıra təşəbbüslər irəli sürür.


Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçılarına müraciətində yer alıb.


Prezident İlham Əliyev həmçinin bildirib ki, Azərbaycan ənənəvi olaraq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Bu forum mədəniyyət vasitəsilə sülhün təşviqinə yönələn beynəlxalq təşəbbüsləri dəstəkləyən mühüm bir platformaya çevrilib.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: