
Azərbaycan musiqisi dünyaca məşhur «Carnegie Hall»da səslənib (FOTO)

ABŞ-nin Nyu York şəhərinin dünyaca məşhur «Carnegie Hall» konsert zalında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan 9-cu “Florida Keys” Beynəlxalq Musiqi Müsabiqəsinin qaliblərinin qala-konserti keçirilib. Bu möhtəşəm hadisə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. Konsert Azərbaycan musiqisi və mədəni irsini dünyanın ən nüfuzlu səhnələrindən birinə çıxarıb.
Qala-konsertdə müsabiqədə seçilən 50-dən çox gənc istedad orkestrlə birgə Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edib. Onlar xüsusilə Üzeyir Hacıbəylinin yaradıcılığından parçalar səsləndiriblər. ABŞ-də fəaliyyət göstərən azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Əli Məmmədovun çıxışı alqışlarla qarşılanıb. Həmçinin Azərbaycandan yarışmaya qatılan gənc musiqiçi Milana Nabiyevanın və fleyta ifaçısı Emili Məmmədova-Zəkiyyənin ifaları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova tədbirdə çıxış edib. O, qalibləri təbrik edərək, Azərbaycan musiqisinin dünyada tanıdılmasında mühüm rola malik olan müsabiqənin təşkilatçılarına təşəkkürünü bildirib. Çıxışlardan sonra qaliblərə diplomlar və pul mükafatları təqdim edilib. Qala-konsertin Azərbaycanın şanlı Zəfər Günü və Dövlət Bayrağı Gününün qeyd olunduğu vaxta təsadüf etməsi münasibətilə Azərbaycan xalqına təbriklər ünvanlanıb.
Qeyd edək ki, “Florida Keys” Beynəlxalq Musiqi Müsabiqəsi Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin şərəfinə təsis olunub. Müsabiqənin təsisçiləri Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının Təhsil və mədəniyyət komitəsinin direktoru, tanınmış incəsənət xadimləri Cövdət Hacıyev və Əminə Dilbazinin qızı Pərvin Muradova, eləcə də Assosiasiyanın prezidenti Töhfə Eminovadır. Hər il Assosiasiyanın təşkil etdiyi bu müsabiqənin əsas məqsədi dünyanın fərqli ölkələrindən istedadlı musiqiçiləri üzə çıxarmaq və Azərbaycanın zəngin musiqi irsinin təbliğində iştirak etməkdir.
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

27 ildən sonra Ağdamda ilk ifa... -
Son Xeberler

Röyadan KÖVRƏK PAYLAŞIM-
Şou Xəbər

Ana iki övladı ilə həyatına son qoydu:
Xəbər Anı

Məşhur aktrisanın Moskvada yarıçılpaq görüntüləri...
Şou Xəbər

Acun Emreliyə zəng etdi
Bugun.az

Selena evləndi -FOTOLAR
Bugun.az



