
Azərbaycanın Əməkdar artisti Mais Nuriyev vəfat edib

İtaliyanın məşhur azərbaycanlı xoreoqrafı və Azərbaycanın Əməkdar artisti Mais Nuriyev dünyasını dəyişib. O, İtaliyada fəaliyyət göstərən "Azəri" Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri idi.
Mais Nuriyev həmçinin Milandakı "Aida" və "Orizon" Rəqs Akademiyasının, eləcə də Milan Konservatoriyasının professoru olub. O, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edərək İtaliyada yaşayan azərbaycanlıları bir araya gətirmək üçün çalışırdı. Nuriyev Azərbaycanın mədəniyyətinin Avropada təbliği istiqamətində mühüm işlər görüb.
Soydaşımız uzun illər Azərbaycan xalq rəqslərini dünya səhnələrinə çıxarıb. O, peşəkar fəaliyyəti sayəsində zəngin mədəni irsimizi, tariximizi və milli dəyərlərimizi İtaliyada və başqa ölkələrdə layiqincə tanıdıb, mədəni diplomatiyaya böyük töhfələr verib. Onun yorulmaz tədris fəaliyyəti nəticəsində çoxlu sayda gənc xoreoqraf yetişərək ölkəmizin mədəni irsini beynəlxalq aləmdə geniş auditoriyaya çatdırıb. Xoreoqraf öz fəaliyyəti ilə İtaliya ictimaiyyəti arasında nüfuz qazandı. O, iki ölkə arasında mədəni körpünün möhkəmlənməsində ciddi rol oynayıb, ölkəmizə yeni dostlar qazandırıb.
Mais Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə **Əməkdar artist** fəxri adına layiq görülmüşdü. O, həmçinin "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı və "Diaspor fəaliyyətində xidmətə görə" medalı ilə təltif olunub.
Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycanın əməkdar artisti vəfat etdi -FOTO
Bugun.az

Azərbaycanın Əməkdar artisti intihar etdi
Son Xeberler

Azərbaycanın əməkdar artisti vəfat etdi
Son Xeberler

Əməkdar artist vəfat etdi
Son Xeberler

67 yaşlı əməkdar artist vəfat etdi - FOTO
Bugun.az

Şəhidin atası vəfat etdi
Son Xeberler



