
Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunmuş “Şövkət” filmi təqdim edilib (FOTO)

AZCON Holding şirkətlərindən olan ASCO-nun təşəbbüsü ilə çəkilmiş “Şövkət” bədii filminin təqdimat mərasimi keçirilib. Bu film Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimovaya həsr olunub. Nizami Kino Mərkəzində baş tutan tədbirdə AZCON Holding və ASCO rəhbərliyi, həmçinin işçiləri, ADDA və ADK tələbələri iştirak ediblər. İctimaiyyət və mədəniyyət nümayəndələri, jurnalistlər və filmin yaradıcı heyəti də mərasimə qatılıb. Təqdimatda ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev çıxış edib. O, 167 illik tarixi olan gəmiçiliyin zəngin irsindən qaynaqlanan filmin 22 oktyabrda nümayişinin xüsusi anlam daşıdığını bildirib. Sədr xatırladıb ki, məhz 2013-cü ilin bu günündə Prezident İlham Əliyevin Sərəncamı ilə ölkədə fəaliyyət göstərən iki böyük donanmanın birləşdirilməsi nəticəsində hazırda ASCO brendi ilə tanınan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradılıb.
ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev ASCO yarandığı gündən dənizçi peşəsinin nüfuzunun artırılmasının əsas məqsəd olduğunu vurğulayıb. O qeyd edib ki, “Şövkət” filmi bu məqsədə çatmaq üçün hazırlanmış layihələrdən biridir. Vəliyev Şövkət Səlimovanın həyat və fəaliyyətinin gənc xanımlar üçün güclü bir motivasiya olduğunu söyləyib. Onun sözlərinə görə, ASCO-da çalışan və ya ADDA-da təhsil alan qadınların sayı getdikcə artır. Daha sonra sədr, ADDA məzunu olan və RoPax tipli “Zərifə Əliyeva” gəmisində matros işləyən Nuranə Əkbərovanı səhnəyə dəvət edib. Rauf Vəliyev Nuranə Əkbərovanı bundan sonra kapitan köməkçisi kimi fəaliyyətini davam etdirəcəyi münasibətilə təbrik edib.
Tədbirdə 1979-cu ildə Xalq artisti Flora Kərimovanın ifa etdiyi və xanım kapitana həsr edilmiş “Sular qızı” romansından bir hissə səsləndirilib. Romansdan sonra Flora Kərimova Şövkət Səlimova ilə bağlı xatirələrini bölüşüb. Ardınca “Şövkət” bədii filmi nümayiş olunub. Filmin istehsalında yetmişdən çox yerli və xarici mütəxəssis, həmçinin yüzdən çox aktyor iştirak edib. Gənc aktrisa Nəzrin Abdullayeva Şövkət Səlimovanın obrazını yaradıb. Aktyor heyətində Xalq artisti Qurban İsmayılov, Hikmət Rəhimov, Elsəvər Rəhimov, Nigar Mürsəlova kimi tanınmış simalar da yer alıblar. Filmin ideya müəllifi Mehman Mehdiyev, quruluşçu rejissoru Asif Rüstəmovdur. Çəkilişlər zamanı ASCO-nun gəmilərindən və müxtəlif real məkanlardan geniş istifadə edilib; dövrün ab-havasını əks etdirmək üçün unikal rekvizitlər də hazırlanıb. Təqdimatın sonunda yaradıcı heyət səhnəyə dəvət edilərək onlara ASCO adından “Təşəkkürnamə” təqdim edilib.
Foto və video sənəti haqqında yazıram. Özüm də fotoqrafiyaya marağım var, bu da işimə kömək edir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Yeni Möcüzə Qadın filmi gəlir!
Texnologiya xəbərləri

Ermənilər Cəbrayılda da qəbirləri dağıdıblar -
Son Xeberler
“Xarı Bülbül” çilçırağının təqdimat mərasimi keçir...
Azəri Xəbər

Yelo Bank-da qadın əməkdaşların sağlamlığına həsr...
Azəri Xəbər

Lalə Şövkətin vəziyyəti pisləşdi
Bugun.az

Prezident İlham Əliyev müşavirə keçirdi - FOTO
Bugun.az



