Azərbaycanın Ukraynadakı səfirliyində təhlükəsizlik tədbirləri aparılıb, ərazi nəzarətə götürülüb - FOTOLAR

14.11.2025 19:33 3 baxış sayı 2 dəq. oxuma APA
Azərbaycanın Ukraynadakı səfirliyində təhlükəsizlik tədbirləri aparılıb, ərazi nəzarətə götürülüb - FOTOLAR

Azərbaycanın Ukraynadakı səfirliyinə edilən raket hücumu ilə bağlı yeni detallar məlum olub. Hadisə nəticəsində ölən və ya yaralanan olmasa da, partlayışın gücü səfirliyin yerləşdiyi ərazidə ciddi dağıntıya səbəb olub. Raket səfirliyin hasarına dəyib. Ziyan böyük olub, belə ki, **beşdən çox avtomobil zədələnib**, o cümlədən bir BMW markalı maşın ciddi zərər görüb.


Hücumdan dərhal sonra səfirliyin əməkdaşları fəal işə başlayıblar. Onlar gecə saatlarına qədər çalışaraq binanın sınmış pəncərələrini dəyişdirib, ərazidə təmizlik işləri aparıblar. Ukraynanın hüquq-mühafizə orqanları – polis və Təhlükəsizlik Xidməti hadisə yerinə cəlb edilib. Onlar lazımi **təhlükəsizlik tədbirlərini görüblər**. Raket qəlpələri toplanıb və ərazi nəzarətə götürülüb.


Qeyd edək ki, bu, 2022-ci ildən bəri Azərbaycanın Kiyevdəki səfirliyinə qarşı həyata keçirilən ikinci hücumdur. Bu cür hadisələr təkcə diplomatik obyektlərə deyil, həm də yerli sakinlərə zərər vurur. Səfirliyin yaxınlığında yaşayan gənc cütlük – Lasik və Olena partlayışın yaratdığı gücdən mənzillərinin bütün pəncərələrinin sındığını və evə ciddi ziyan dəydiyini bildiriblər. Yeni doğulmuş körpələrinin təhlükəsizliyindən narahat olan cütlük **yaşayış yerlərini dəyişməyi düşündüklərini** də vurğulayıb.


L
Siyasi şərhçi

Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...

Bütün məqalələrə baxın
Paylaş: