
“AzerGold” QSC-nin təşəbbüsü ilə Göygöldə interaktiv kitab köşkü istifadəyə verildi (FOTO)

"AzerGold" QSC-nin təşəbbüsü və təşkilatçılığı ilə Göygöl rayonunda əhali üçün mütaliə imkanlarını genişləndirmək məqsədilə müasir formatda interaktiv kitab köşkü quraşdırılıb. Yeni kitab köşkü Göygöl şəhərinin mərkəzində, Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında yerləşir. Bu köşk rayon sakinlərinə istənilən vaxt asan, pulsuz və sərbəst şəkildə kitab əldə etmək imkanı verir. Layihənin əsas üstünlüyü mütaliəni rəqəmsal texnologiyalarla birləşdirən sadə və əlçatan qeydiyyat mexanizmidir.
İstifadəçi köşkdə yerləşdirilmiş QR kodu smartfonla oxuyaraq elektron qeydiyyatdan keçir. Daha sonra o, geniş seçim imkanı verən siyahıdan istədiyi kitabı əldə edə bilir. Sistem kitab dövriyyəsinin səmərəli idarə edilməsini təmin etmək üçün avtomatik xatırlatma funksiyasına malikdir. Kitab götürüldükdən 15 gün sonra istifadəçiyə SMS bildirişi göndərilir və oxu prosesi başa çatdıqdan sonra kitabın köşkə qaytarılması xahiş olunur. Bu yanaşma kitabların davamlı istifadəsini təmin edir, həmçinin daha çox insanın onlardan faydalanmasına şərait yaradır.
Bundan əlavə, elektron sistem real vaxt rejimində oxucu statistikasının təhlilinə imkan verir. Sistem ən çox kitab mütaliə etmiş oxucunu və kitabları vaxtında geri qaytaran istifadəçiləri müəyyənləşdirərək onların reytinqini formalaşdırır. Rüb ərzində ən çox kitab mütaliə etmiş oxuculara Cəmiyyət tərəfindən həvəsləndirici hədiyyələr təqdim olunacaq. Köşkdə dünya klassiklərinin əsərləri, müasir Azərbaycan və dünya ədəbiyyatı nümunələri, uşaqlar və yeniyetmələr üçün, eləcə də biznes və özünüinkişaf istiqamətləri üzrə nəfis tərtibatla çap edilmiş 400-dək yeni kitab təqdim edilir.
"AzerGold" QSC bu layihə ilə icmaların intellektual inkişafına töhfə verməyi və xüsusən regionlarda oxu mədəniyyətini təşviq etməyi hədəfləyir. "Kitab köşkü" layihəsi dövlət şirkətinin hasilat fəaliyyəti göstərilən bölgələrdə bu günə qədər icra etdiyi bir sıra maarifləndirici layihələrin davamıdır. Bu təşəbbüsün ilk nümunəsi ötən il Daşkəsən rayonunun ucqar Quşçu kəndində reallaşdırılmışdı. Bundan əvvəl şirkət "Kitab sovqatı" və "Uşaq kitab dostu" kimi uğurlu layihələr də həyata keçirib.
Peşə təhsili və kadr hazırlığı mövzusunda yazıram. Gənclərin hansı peşələrə yönəldiklərini izləmək maraqlıdır.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Göygöldə baş verən dəhşətli qəzada ölən tələbənin
Xəbər Anı

“AzerGold” və “Azərxalça” tərəfindən xalçaçılıq mə...
Azəri Xəbər

Erdoğan Rəhbərliyində Bu Toplantı Milyonların Diqq...
Son Xeberler

Xaçmazda 2 mindən çox kitab məhv oldu - FOTO
Bugun.az

"AzerGold" məhsul portfelini 1 qramlıq qızıl külçə...
Azəri Xəbər

Pedaqoji Universitetində kitab sərgisinin açılışı...
Bugun.az



