
"AZINCLOUD" ilə məlumatlarını ölkə daxilində saxla!

AZCON Holding şirkətlərindən biri olan AzInTelecom MMC, istifadəyə verdiyi ictimai "bulud" xidməti olan AZINCLOUD ilə diqqəti cəlb edir. Bu xidmət istifadəçilərə öz məlumatlarını ölkə daxilində saxlamaq imkanı yaradır. AZINCLOUD xüsusilə fiziki şəxslər, kiçik və orta bizneslər (KOB), fərdi sahibkarlar və startaplar üçün nəzərdə tutulub. Platformada onlayn qeydiyyatdan keçməklə istifadəçilər qısa müddətdə öz bulud infrastrukturunu qura bilərlər. Bu xidmətdən istifadə edərək məlumatlar və informasiya sistemləri daha az xərclə və daha sürətli şəkildə idarə olunur. Platforma istənilən vaxt və yerdən məlumatlara daxil olmağa imkan verir.
AZINCLOUD-u qlobal bulud provayderlərindən fərqləndirən bir neçə üstünlük var. Ən əsası, məlumatlar xarici serverlərdə deyil, bilavasitə ölkə daxilində saxlanılır. Bu yerli yanaşma, AZINCLOUD-un hüquqi əsaslarının yerli qanunvericiliyə uyğun tənzimlənməsini təmin edir. Platformanın sadə interfeysi var və Azərbaycan dilində təqdim edilir ki, bu da vətəndaşlara rahat istifadə şəraiti yaradır. Qiymətlər yerli bazarın tələblərinə uyğun olaraq müəyyənləşdirilib. Yerli valyuta ilə ödəniş etmək imkanı sayəsində istifadəçilər əlavə komissiyalardan da azad olurlar. Əlavə dəstək lazım olduqda isə 24/7 müştəri dəstəyi xidməti mövcuddur.
AZINCLOUD, təhlükəsiz, sərfəli və rahat bir bulud həlli təqdim edərək yerli bazarın tələblərini qarşılayır. Bu xidmət ölkədə rəqəmsal transformasiyanın sürətlənməsinə kömək edir, istifadəçilərin müasir texnologiyalardan səmərəli faydalanmasına şərait yaradır. Belə bir yerli platforma sahib olmaq məlumat təhlükəsizliyi və iqtisadi baxımdan əhəmimiyyət daşıyır. Xidmətlərdən faydalanmaq üçün istifadəçilər platformanın əsas səhifəsində qeydiyyatdan keçib, özlərinə uyğun xidmətləri seçə bilərlər. Bu, həm fərdi, həm də kiçik biznes ehtiyacları üçün əlverişli bir yoldur.
ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Yol polisinin "saxla" işarəsi verdiyi sürücü-
Son Xeberler

TikTok Kanada'dan Çıxarıldı!
Texnologiya xəbərləri

"İlham babaya dedim ki, yerimi saxla, gələcəyəm"...
Bugun.az

Rəqəmsal fırıldaqçılıq hallarının 90%-i müştərilər...
Azəri Xəbər

Bu tətbiqlər telefona virus salır -ADLAR
Bugun.az

Rusiya ordusunda pilotsuz sistemlər bölməsi yarad...
Bugun.az



