
"Barselona" braziliyalı hücumçu üçün təklif göndərib
İspaniya La Liqası nəhəngi "Barselona", Braziliyanın "Vasko da Qama" klubunun gənc futbolçusu Rayanı transfer etmək istəyir. Klub artıq braziliyalı vingerin keçidi üçün rəsmi təklifini göndərib.
İnsayder Ekrem Konurun yaydığı məlumata görə, "Barselona" 19 yaşlı futbolçu üçün ciddi məbləğ ayırmağa hazırdır. İspaniya çempionu Rayana görə Braziliya klubuna 25-30 milyon avro ödəməyi düşünür. "Barselona"nın idman direktoru Deku gənc oyunçunu kluba gələcək üçün mühüm investisiya kimi cəlb etməyi planlayır.
Rayan öz doğma klubu "Vasko da Qama"nın yetirməsidir və hazırda Braziliya U-20 millisinin heyətində çıxış edir. Onun mövsümdə göstərdiyi performans İspaniya nəhənglərinin diqqətini çəkib. Gənc hücumçu A Seriyası təmsilçisinin heyətində keçirdiyi 49 rəsmi matçda meydanda olub. Bu oyunlarda o, 17 qol vurub və bir məhsuldar ötürmə edib. Rayanın klubu ilə cari müqaviləsi 2026-cı ilin 31 dekabr tarixinə qədər davam edir. Buna baxmayaraq, onun karyerasını Avropada, məhz La Liqada davam etdirmək imkanı yaranır.
İdman biznesindəki prosesləri izləyirəm - transfer bazarı, sponsorluq müqavilələri, idman marketinqi. Futboldan əlavə biznes tərəfi də maraqlıdır.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər
"Barselona" 19 yaşlı hücumçunu transfer etmək üçün...
Azəri Xəbər

“Barselona” Harri Keyni transfer etmək istəyir
Bugun.az

Levandovski "Barselona"dakı qolların sayına görə N...
Azəri Xəbər

Leandovski Neymarı keçdi, Enrikeyə çatdı
Azəri Xəbər

"Barselona" Villianla danışıqlara başladı
İdman Xəbər

“Barselona” “Qalatasaray”ın xalüqələr yaradan fut...
Bugun.az



