
“Barselona”nın futbolçusu Rafinya “El Klassiko”nu buraxa bilər

“Barselona”nın braziliyalı futbolçusu Rafinya zədə səbəbindən “Real”a qarşı keçiriləcək “El Klassiko” matçını buraxa bilər. Klubun həkim heyəti hazırda futbolçunun oyuna yetişməsi üçün gərgin işləyir. Lakin məlumatlara görə, onun tam sağalması müəyyən vaxt tələb edəcək.
Rafinya narahatlıq hiss etdiyi üçün Kataloniya təmsilçisinin dünənki məşqini erkən tərk etmək məcburiyyətində qalıb. Bu, "Barselona"nın heyətində ciddi problem yaradır. Qeyd edək ki, futbolçu sentyabrın 25-də İspaniya La Liqasının 6-cı turunda “Ovyedo”ya (3:1) qarşı keçirilən görüşdə zədələnib.
Komandanın "Real" ilə böyük oyundan əvvəl Rafinyanın vəziyyəti ilə bağlı son qərar yaxın günlərdə veriləcək. Onun oyunda iştirak edə bilməməsi klub üçün ciddi itki hesab edilir.
Güləş, boks və döyüş idman növləri üzrə mütəxəssisəm. Özüm də 6 il güləşlə məşğul olmuşam, bu mənə çox kömək edir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

"Real" öz evində "El-Klasiko"da məğlub oldu
Bugun.az

Flik: "El Klassiko"da Ançelotti ilə mübahisə haqqı...
Bugun.az

Cud Bellingem El Klassikoda İngilis Süjeti ilə Bəy...
Futbol Neticeleri

“Barselona” “Valensiya”ya 7 qolla qalib gəldi
Bugun.az

Joan Laporta: "Real Madrid"i məğlub etməyimizi izl...
Azəri Xəbər

Argentinalı hücumçu ən yaxşı futbolçu seçildi
Bugun.az



