Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

17.10.2025 12:23 9 baxış sayı 2 dəq. oxuma APA
Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Baş prokuror Kamran Əliyev Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhər, Göygöl, Samux, Kəlbəcər rayonları və digər bölgələrdən olan vətəndaşları qəbul edib.


Baş Prokurorluğun Mətbuat xidmətindən verilən xəbərə görə, qəbuldan əvvəl Baş prokuror Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi.


Daha sonra Baş prokuror Gəncə Memorial Kompleksini ziyarət etdi. O, 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş insanların əziz xatirəsini yad edib, abidə önünə gül dəstələri qoydu.


Qəbulda 73 vətəndaş iştirak etmişdi. Onların müraciətləri cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntularına toxunurdu. Müraciətlərdə həmçinin məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, mülki xarakterli mübahisələr və sosial problemlərə dair məsələlər də yer aldı.


Qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.


Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verdi. O, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.


S
Beynəlxalq münasibətlər analitiki

Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: