
Bərpa olunan enerji mənbələri Azərbaycan və Çili arasında əməkdaşlığın ən vacib sahəsidir - Diplomat

Azərbaycan və Çili arasında əməkdaşlığın ən vacib sahəsi bərpaolunan enerji mənbələri sektorudur.
Bunu Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Xuan K. Salazar Amputant Futbolu üzrə Millətlər Liqasının açılış mərasimi çərçivəsində bildirib.
“Əgər Çilinin Azərbaycanla kommersiya və ya iqtisadi münasibətlərə marağından danışsaq, ilk növbədə qeyd etməliyəm ki, bizim üçün ən böyük əhəmiyyət daşıyan sahə enerji sektorudur.
Xüsusilə bu, iqlim məqsədlərinə nail olmağa kömək edəcək yeni və ekoloji cəhətdən təmiz enerji mənbələrinə aiddir. Bu, həmçinin iqtisadiyyatda bərpaolunan enerji mənbələrinin aktivləşdirilməsinə və daha səmərəli istifadəsinə töhfə verir,” deyə diplomat qeyd edib.
Bu gün Bakıda Amputant futbolu üzrə Millətlər Liqasının “C” qrup oyunlarının açılış mərasimi keçirilib. Tədbir ASCO Arenada baş tutub.
Turnirin Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu, ölkədə mövcud mina probleminə dünya ictimaiyyətinin diqqətini cəlb etmək, eləcə də mina qurbanlarını beynəlxalq idman meydanlarında bir araya gətirmək baxımından vacibdir.
Neft-qaz sektoru və energetika mənim əsas mövzularımdır. SOCAR və digər energetika şirkətlərinin fəaliyyətini izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Prezident Fərman imzaladı -
Son Xeberler
Azərbaycan Türkiyənin külək enerji üzrə ixtisaslaş...
Azəri Xəbər

Slovakiya səfiri Ağdamda aparılan yenidənqurma pro...
Azəri Xəbər

Tesla Rekord Sayda Meqapack Satdı!
Texnologiya xəbərləri

Macarıstandan Azərbaycanın bərpa olunan enerji sek...
Azəri Xəbər

Azərbaycan Xəzər dənizini Avropaya birləşdirəcək i...
Azəri Xəbər



