Birinci Qarabağ müharibəsinin itkin şəhidi Elçin Quliyev dəfn olunub

30.10.2025 10:15 8 baxış sayı 2 dəq. oxuma Trend
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Elçin Quliyev dəfn olunub

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Elçin Balaxan oğlu Quliyev oktyabrın 30-da dəfn edilib. Şəhidin nəşi paytaxtın Suraxanı rayonu ərazisində yerləşən “Dədə Qorqud” qəbiristanlığındakı Şəhidlər xiyabanında torpağa tapşırıldı. Elçin Quliyev 1965-ci il oktyabrın 15-də anadan olmuşdu. O, 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə itkin düşmüşdü. Şəxsiyyəti müəyyənləşdirilərək dəfn olunan Elçin Quliyev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən dörd şəhiddən biridir.


Şəhidin dəfn mərasimi tam hərbi hörmətlə həyata keçirildi. İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə son mənzilə yola salındı. Mərasim zamanı Dövlət Himninin sədaları altında şəhidin ruhuna dualar oxunub. Məzarının üzərinə əklillər qoyuldu, gül dəstələri düzüldü.


Dəfn mərasimində şəhidin yaxınları və ailə üzvləri iştirak edirdilər. Eyni zamanda, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin əməkdaşları, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri, müharibə veteranları, şəhid ailələri və sakinlər də mərasimə qatılmışdı. Mərasimin sonunda tabutun büküldüyü Azərbaycanın Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim olundu.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: