Bolqarıstan 2026-cı ildə avrozonaya daxil olacaq

01.11.2025 03:35 8 baxış sayı 2 dəq. oxuma Trend
Bolqarıstan 2026-cı ildə avrozonaya daxil olacaq

Bolqarıstan rəsmi olaraq 2026-cı il yanvarın birindən etibarən vahid Avropa valyutası olan avroya keçəcəyini təsdiqlədi. Bu, ölkənin Avropa İttifaqı (Aİ) üzvlüyündə avrozonaya daxil olması istiqamətində atılan mühüm addımdır. Avroya keçid prosesi 2018-ci ildə, Bolqarıstan Aİ Şurasına sədrliyinin son günündə rəsmi müraciətlə başlamışdı.


Bu keçid iki dəfə təxirə salınmalı olsa da, iyulun 8-də Avropa Parlamenti məsələdə yekun qərarını verdi. Parlament Sofiyanın avrozonaya qoşulmasının lehinə səs verərək, prosesə yaşıl işıq yandırdı. Avroya keçid təkcə valyuta dəyişikliyi deyil, həm də rəsmi Sofiyanın beynəlxalq öhdəliklərini tam yerinə yetirdiyi anlamına gəlir. Bu addım Maastrix sazişi ilə müəyyən edilmiş bütün tələblərin qəbul edilib tətbiq olunmasını göstərir. Sazişə əsasən, Avrozonaya daxil olan dövlətlər iqtisadi və maliyyə stabilliyinə dair ciddi kriteriyaları qorumalıdırlar.


Hazırda Avropa İttifaqına üzv olan 20 ölkə rəsmi olaraq avrodan istifadə edir. Avro valyutasının yayılma dairəsi Aİ sərhədlərindən kənara da çıxır. Məsələn, Andorra, Monako, San-Marino və Vatikan kimi kiçik dövlətlər İttifaqa üzv olmasalar da, Avropa Mərkəzi Bankının (AMB) razılığı əsasında vahid valyutadan yararlanırlar. Bolqarıstanın 2026-cı ildə Eurozonaya qəbulu ilə, avrodan istifadə edən Aİ ölkələrinin sayı daha da artacaq və Avropada iqtisadi inteqrasiya dərinləşəcək.


R
Əmlak bazarı müxbiri

Daşınmaz əmlak bazarı və tikinti sektoru üzrə yazıram. Bakının necə dəyişdiyini izləmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: