
BP "Bakı-Supsa" və BTC-də operatorluğun Azərbaycan, Gürcüstan və Türkiyəyə verilməsi ilə bağlı danışıqlar aparır - EKSKLÜZİV
BP şirkəti "Bakı-Supsa" və "Bakı-Tbilisi-Ceyhan" (BTC) neft kəmərlərində operatorluğun Azərbaycan, Gürcüstan və Türkiyənin aidiyyəti dövlət qurumlarına verilməsi ilə əlaqədar danışıqlar aparır. Bu məlumatı "BP Azerbaijan" şirkəti mətbuata sorğuya cavab olaraq bildirib. Boru kəmərlərinin idarə olunmasına dair müvafiq razılaşmalar operatorluq funksiyasının əvvəlcədən müəyyən edilmiş müddətlərdə hökumətlərə və ya dövlət qurumlarına təhvil verilməsini tələb edir.
Şirkət bu razılaşmalar əsasında tələb olunan işlərin vaxtında planlaşdırılması üçün hazırda müvafiq dövlət qurumları ilə müzakirələr aparır. Bu qaydalar əvvəllər də tətbiq olunub. Məsələn, eyni razılaşmalara görə, 2021-ci ildə Cənubi Qafqaz Boru Kəmərinin operatorluğu həm Azərbaycanda, həm də Gürcüstanda SOCAR-a təhvil verilmişdi. Eyni şərtlərə uyğun olaraq, indi də Qərb ixrac boru kəməri (Bakı-Supsa) və Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə operatorluğun Azərbaycan, Gürcüstan və Türkiyənin müvafiq qurumlarına verilməsi nəzərdə tutulur. Gürcüstan KİV-lərinin BP nümayəndəliyinə istinadən yaydığı məlumatlara görə, əgər razılaşmalar imzalanarsa, təhvil vermə prosesi 2026-cı ilin ilk yarısının sonuna qədər yekunlaşa bilər.
Qeyd etmək lazımdır ki, operatorluq funksiyalarının bu şəkildə təhvil verilməsi Səngəçal terminalına şamil edilmir. BP şirkəti eyni zamanda "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları blokunun operatoru, həmçinin BTC kəmərinin səhmdarı (30,1 % payla) olaraq qalacaq. BTC boru kəməri 2006-cı ildə istifadəyə verilib və ümumi uzunluğu 1 768 kilometr təşkil edir. Hazırda BTC vasitəsilə AÇG nefti, "Şahdəniz" kondensatı, SOCAR xammalı, həmçinin Qazaxıstan və Türkmənistan nefti nəql edilir. "Bakı-Supsa" kəməri 1999-cu ilin aprelində istismara verilmişdi. Bu kəmər il ərzində 7 milyon tondan çox neft ötürmə qabiliyyətinə malik olsa da, bu istiqamət üzrə nəql 2022-ci ilin yazında dayandırılıb. İndi Azərbaycan neftinin bütün həcmi BTC kəməri ilə ixrac olunur.
Neft-qaz sektoru və energetika mənim əsas mövzularımdır. SOCAR və digər energetika şirkətlərinin fəaliyyətini izləyirəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

bp Bakı–Supsa və Bakı–Tbilisi–Ceyhan kəmərlərinin...
Azəri Xəbər

Azərbaycan, Ermənistan və Gürcüstan XİN başçıların...
Bugun.az

Almaniya Türkiyənin "Eurofighter" qırıcılarını alm...
Azəri Xəbər

Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
Azəri Xəbər

Hakan Fidan: Təyyarə qəzası ilə bağlı axtarış-xila...
Azəri Xəbər

Türkiyə və Gürcüstan nazirləri təyyarə qəzası ilə...
Azəri Xəbər



