
Çin astronavtlar kosmik stansiyaya çatıb
Çinin “Şencou-21” kosmik misiyasında iştirak edən astronavtlar uğurla “Tienqon” kosmik stansiyasına çatıblar. Ölkənin yerli KİV-ləri bu mühüm hadisə barədə məlumat yayıb.
Çin Kosmos Agentliyi səhər erkən saatlarda açıqlama verib. Agentlik “Şencou-21” kosmik gəmisinin stansiya ilə birləşməsinin tamamlandığını bildirib. Bundan sonra astronavtların stansiyanın daxilinə keçid prosesinə başlanılıb. Proses uğurla yekunlaşıb.
Qeyd edək ki, bu kosmik stansiya Çinin kosmos proqramının vacib bir mərhələsidir. Stansiya idarəetmə mərkəzini və heyətin yaşayış yerini əhatə edən əsas modul olan “Tianhe”dən ibarətdir. O, həmçinin “Wentian” və “Mengtian” adlanan iki laboratoriya modulunu da özündə birləşdirir. Əsas modul “Tianhe” 2021-ci ilin aprelində kosmosa çıxarılıb. Laboratoriya modulları isə daha sonra, 2022-ci ilin aprelində və oktyabrında kosmosa çıxarılaraq quraşdırılıb və “Şencou-21” kosmik misiyası da məhz bu stansiyaya çatdı.
Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Çin "Shenzhou-21" Missiyası ilə Üç Astronavtı Kosm...
Son Xeberler

Çin "Shenzhou-21" kosmik gəmisini orbital stansiya...
Azəri Xəbər

Yaponiya BKS üçün yük gəmisi daşıyan raketi uğurla...
Azəri Xəbər

Maskla Trampın mübahisəsi ciddiləşir - Mask hədələ...
Bugun.az

Çin Shenzhou-21 Missiyasında Tarixi Addım: Kosmosd...
Son Xeberler

Kosmosda Təmizlik: NASA Astronavtı Gündəlik Həyatd...
Texnologiya xəbərləri



