
Dezinformasiyanın məqsədi cəmiyyətdə formalaşan fikir və ictimai rəyə təsir göstərməkdir - Qazaxıstan nümayəndəsi
Qazaxıstan Prezidentinin xarici səfərləri zamanı ölkə ilə bağlı saxta informasiyalar yayılırdı. Bu məlumatların qarşısını almaq üçün Qazaxıstan tərəfi daha çox ələkdən keçirilmiş, dəqiqləşdirilmiş məlumatları yaymağa çalışırdı.
Bu sözləri Qazaxıstanın “Xabar” Agentliyinin sədrinin müavini Dauletxan Jiyenkulov Türk Dövlətləri Təşkilatının Media Forumunda çıxışı zamanı deyib. O, “Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində” mövzusuna həsr olunan panel sessiyada iştirak edirdi. Nümayəndənin sözlərinə görə, tədricən və ya sürətli şəkildə yayılan feyk-nyuslar cəmiyyətdə müəyyən çaşqınlıq yaradır.
Jiyenkulov bildirib ki, dezinformasiyanın əsas məqsədi cəmiyyətdə və insanlarda formalaşan fikir və rəyə təsir göstərməkdir. Bu cür məlumatların yayılması ölkədəki daxili nizamı pozmaq niyyəti daşıyır. Buna görə də, məlumat agentlikləri dəqiqləşdirilmiş xəbərləri çatdırmaq üçün çalışmalıdır.
Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....
Bütün məqalələrə baxınOxşar xəbərlər
Qazaxıstan və ABŞ strateji tərəfdaşlığın perspekti...
Azəri Xəbər

Qazaxıstan prezidenti iki azərbaycanlını təltif ed...
Azəri Xəbər

Növbəti dezinformasiyanın yayılmasının qarşısı alı...
Bugun.az
Tokayevin Moskva Səfərinə Hazırlıq Müzakirə Edildi...
Son Xeberler

Mətbuat Şurası cəbhədə baş verənlərlə bağlı KİV-ə...
Son Xeberler

Şamil Rzayev Çili səfirliyinin nümayəndəsi ilə gör...
Bugun.az



