
DYP yorğun və yuxusuz formada sükana əyləşən sürücülərə müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sürücülərinə vacib müraciət ünvanlayıb. İdarədən verilən məlumata görə, yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, qəzaların əsas səbəblərindən biri sürücülərin yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsidir.
Nəqliyyat vasitələrinin yoldan çıxaraq aşması və ya yol kənarındakı maneələrə çırpılması ilə nəticələnən hadisələr bu səbəbdən baş verir. Belə vəziyyətlərdə sürücünün diqqətinin zəifləməsi və reaksiya imkanlarının aşağı düşməsi qəza riskini əhəmiyyətli dərəcədə artırır. Yol polisi xəbərdarlıq edir ki, yorğun və yuxusuz sürücülər öz həyatlarını və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təhdid edirlər.
DYP xüsusilə kənd təsərrüfatı və digər istehsal sahələrində çalışan işçilərin daşınması zamanı yaranan problemlərə toxunub. Qeyd olunub ki, bu sahələrdə sürücülərin iş və istirahət rejimi üzərində lazımi nəzarətin olmaması qəzalara səbəb olur. Səhər erkən saatlarda yuxusuz halda yola çıxmaq və uzun məsafələri fasiləsiz davam etdirmək sürücünün diqqətinin yayınması riskini artırır. Bu davranışlar ağır nəticəli yol hadisələrinə gətirib çıxara bilər.
İdarə bu sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə xatırladır ki, işçilərin daşınması zamanı yalnız saz vəziyyətdə olan və təhlükəsizlik tələblərinə cavab verən nəqliyyat vasitələrindən istifadə edilməlidir. Sürücülərin iş və istirahət rejiminə ciddi nəzarət edilməsi zəruridir. Yorğun və yuxusuz halda sürücülərin sükan arxasına keçməsinə şərait yaradılması qəti yolverilməzdir. Unudulmamalıdır ki, hər bir işçinin həyatı və sağlamlığı onların daşınmasını təşkil edən şəxslərin birbaşa məsuliyyətidir. Nəqliyyat vasitələrinin təhlükəsizliyi hər zaman ön planda olmalıdır.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

DYP sürücülərə müraciət etdi
Bugun.az

Yol polisi sürücülərə müraciət edib
Azəri Xəbər

BDYPİ-dən həftəsonu səfərə hazırlaşan sürücülərə M...
Azəri Xəbər

Yol polisi sürücülərə müraciət edib
Azəri Xəbər

Tətil günlərində rayonlara getmək istəyən sürücülə...
Bugun.az

DYP sürücülərə müraciət etdi
Bugun.az



