
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından artıq beş il keçir. 2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndi "Smerç" raketləri ilə atəşə tutuldu. Bu hücum dinc əhaliyə qarşı yönəlmiş terror aktı idi və xüsusilə Qarayusifli kəndinə ağır zərbə vurdu.
Bu terror nəticəsində beş nəfər dinc sakin şəhid oldu. Şəhid olanlar arasında Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı və Əliyeva Almaz Salah qızı yer alırdı. On üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər aldı. Düşmənin raket atəşi yalnız insan tələfatına səbəb olmadı. Həmçinin bir neçə yaşayış evi tamamilə dağıldı və Bərdə rayonu sakinlərinə külli miqdarda maddi ziyan dəydi.
Qeyd edək ki, müharibə zamanı Bərdə şəhər mərkəzi və rayon əraziləri ümumilikdə üç dəfə - 5, 27 və 28 oktyabr tarixlərində Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qaldı. Bu hücumların nəticəsində bölgədə ümumilikdə 29 nəfər şəhid oldu, 112 nəfər yaralandı. Raket zərbələri rayonda yerləşən mülki infrastruktur obyektlərinə, eləcə də nəqliyyat vasitələrinə böyük ölçüdə ziyan vurdu.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 4 il ö...
Son Xeberler

Bərdənin atəşə tutulmasından 5 il ötür
Bugun.az

Bərdənin qisası belə alındı -
Son Xeberler

Başlıbel qətliamından 32 il ötür
Bugun.az

XİN Bərdənin atəşə tutulması ilə bağlı məlumat yay...
Son Xeberler

Ermənistanı müharibə cinayətlərini dayandırmağa ça...
Son Xeberler



