ƏÜO-nun hərbi qulluqçularının iştirak etdiyi “Dağ komando kursu” başa çatıb

01.11.2025 11:33 9 baxış sayı 2 dəq. oxuma APA
ƏÜO-nun hərbi qulluqçularının iştirak etdiyi “Dağ komando kursu” başa çatıb

Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində qardaş ölkənin İsparta şəhərində Əlahiddə Ümumqoşun Ordusunun (ƏÜO) hərbi qulluqçularının iştirak etdiyi “Dağ komando kursu” uğurla başa çatıb.


Müdafiə Nazirliyinin məlumatına görə, kursun başa çatması münasibətilə buraxılış mərasimi təşkil olunub. Mərasim zamanı iki ölkənin Dövlət himnləri səsləndirildi. Təlimlər müddətində dinləyicilərə sutkanın istənilən vaxtı və fərqli şəraitlərdə müasir döyüş aparma üsulları öyrədilib. Həmçinin, onlara yeni texnologiyaların imkanları da aşılanıb.


Çıxış edənlər hərbi qulluqçuları kursu müvəffəqiyyətlə bitirdiklərinə görə təbrik etdilər. Vurğulanıb ki, kursda qazanılan bilik və bacarıqlar onların döyüş vərdişlərini artırmaq üçün böyük əhəmiyyət daşıyır. Bu təlimlər həm də hərbi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsində faydalı olacaq. Tədbirin sonunda kursu bitirən məzunlara müvafiq sertifikatlar təqdim edildi.


S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: