Fatih Terim Çexiya millisini çalışdıracaq

07.11.2025 21:45 6 baxış sayı 1 dəq. oxuma Trend
Fatih Terim Çexiya millisini çalışdıracaq

Türkiyənin təcrübəli futbol mütəxəssisi Fatih Terimin yeni ünvanı bəlli olub. Bir neçə vaxtdır adı hallanan Çexiya millisi ilə danışıqlara başlayan Terim, bu komandanın baş məşqçisi olacaq.


Son olaraq Səudiyyə Ərəbistanının "Əl-Şabab" klubunu çalışdıran 72 yaşlı mütəxəssisə yaxın günlərdə rəsmi təklif edilməsi gözlənilir. Bu keçid, Fatih Terimin karyerasında yeni bir Avropa mərhələsi deməkdir. Mütəxəssisin Çexiya millisinə rəhbərlik etməsi ilə bağlı danışıqların müsbət yekunlaşacağı ehtimal edilir.


Qeyd edək ki, bu əməkdaşlıqda maraqlı bir detal var. Hazırda Çexiya millisində idman direktoru kimi çalışan Pavel Nedved əvvəllər "Əl-Şabab" klubunda da Terimlə birgə işləyib. Onların tanışlığı yeni kollektivdə işə adaptasiyanı daha asan edəcək.


R
İdman redaktoru

Futbol mənim həyatımdır. Uşaqlıqdan bəri stadionlara gedirəm. İndi isə bu barədə yazmaq şansım var. Yerli çempionat və milli komandanı izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: