"Fənərbaxça" UEFA-ya şikayət edib

11.11.2025 13:05 6 baxış sayı 2 dəq. oxuma Trend
"Fənərbaxça" UEFA-ya şikayət edib

"Fənərbaxça" klubu Avropa Liqasının Liqa mərhələsində "Viktoriya" ilə oynadığı 4-cü tur matçından sonra UEFA-ya rəsmi müraciət göndərib. İstanbul klubu qarşılaşmanın hakimi Allard Lindhoutun idarəçilik tərzi ilə bağlı narazılığını bildirib. Türk KİV-lərinin məlumatına görə, "Fənərbaxça" matçın 0:0 hesabı ilə bitməsinə baxmayaraq, hakimin qərarlarının nəticəyə birbaşa təsir etdiyini hesab edir.


Klubun UEFA-ya ünvanladığı müraciətdə hakimin oyun boyu verdiyi qərarların və idarəçilik tərzinin qəbuledilməz olduğu qeyd olunur. Onlar matçın gedişatında Lindhoutun səhv qərarlarının komandanın əleyhinə işlədiyini və bu səbəbdən bərabərliklə kifayətlənmək məcburiyyətində qaldıqlarını bildiriblər.


"Fənərbaxça" bu hadisələrin ciddiyətini nəzərə alaraq, UEFA-dan vəziyyəti təcili şəkildə araşdırmasını xahiş edib. Klub, Avropa futbol qurumunun şikayətə biganə qalmayacağını və lazımi ciddiyyətlə məsələni araşdıracağını gözləyir.


L
İdman biznes analitiki

İdman biznesindəki prosesləri izləyirəm - transfer bazarı, sponsorluq müqavilələri, idman marketinqi. Futboldan əlavə biznes tərəfi də maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: