
Gələn il teatr tamaşalarının hazırlanmasına yarım milyon manat ayrılıb

Gələn il teatrlarda tamaşaların hazırlanması üçün dövlət büdcəsindən maliyyə yardımı ayrılması planlaşdırılır. 2026-cı ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, bu məqsədə 0,5 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur. Bu vəsait birbaşa teatr tamaşalarının hazırlanması işlərinə xərclənəcək.
Qanun layihəsində Azərbaycan teatrının davamlı inkişafının təmin edilməsi ilə bağlı xərclər üzrə də ayrıca maliyyə müəyyən edilib. Bu xərc maddəsinə görə, 1,2 milyon manat vəsait ayrılacaq. Bu addım Azərbaycan teatrının inkişafı ilə bağlı proqramların davam etdirilməsinə imkan yaradacaq.
Ümumiyyətlə, 2026-cı ilin dövlət büdcəsində mədəniyyət və ona yaxın sahələrin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin həcmi artır. Məlumatlara görə, mədəniyyət sahəsinə ümumilikdə 631,6 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb. Bu məbləğ ötən illə müqayisədə 9,9 milyon manat, yəni 2025-ci illə müqayisədə 1,6 faiz çox vəsait deməkdir.
Mode, dizayn və yaradıcı sənayenin inkişafı haqqında yazıram. Fashion həftələri və yerli dizaynerlərin işlərini izləyirəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Turistlərin Azərbaycanda xərclədikləri vəsait açıq...
Bugun.az

Gələn il Naxçıvana nə qədər pul ayrılacaq?
Bugun.az

Azad olunmuş ərazilərə xərclənən vəsait açıqlanıb
Bugun.az

Dövlət büdcəsinin gəlirləri artdı
Bugun.az

Gələn il dövlət büdcəsi 42 milyard manata yaxın ol...
Bugun.az

“Qarabağ Futbol Klubu”nun gəlirləri 40% artıb
İdman Xəbər



