Göyçayın yeni icra başçısı kollektivə təqdim olunub (FOTO)

13.11.2025 09:15 7 baxış sayı 1 dəq. oxuma Trend
Göyçayın yeni icra başçısı kollektivə təqdim olunub (FOTO)

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Orxan Çingiz oğlu Mürsəlov təyin edilib. Yeni icra başçısı bu gün rəsmi olaraq kollektivə təqdim olundu.


Təqdimat mərasimini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev həyata keçirdi. Təqdimatda rayon ictimaiyyətinin nümayəndələri də iştirak edirdi.


Təqdimat zamanı Zeynal Nağdəliyev çıxış etdi. O, ölkə başçısının yeni başçıya ünvanlanmış tapşırıq və tövsiyələrini çatdırdı. Orxan Mürsəlov isə çıxış edərək ona göstərilən etimada görə minnətdarlığını ifadə etdi.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: