Həbs olunmuş şəxsin Masallıda gizlətdiyi silah tapılıb

16.10.2025 07:37 15 baxış sayı 1 dəq. oxuma Apa
Həbs olunmuş şəxsin Masallıda gizlətdiyi silah tapılıb

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları ilə birgə xüsusi əməliyyat-axtarış tədbiri keçirib.


Nazirlikdən verilən məlumata əsasən, keçirilən uğurlu əməliyyat nəticəsində, həbsdə olan şəxs tərəfindən Masallı rayonu ərazisində, dəmiryol xəttinin yaxınlığında basdırılaraq gizlədilmiş odlu silah aşkar edilib.


Gizlədildiyi yerdən 1 ədəd "Makarov" tipli tapança, 1 ədəd patron darağı və 4 ədəd patron (güllə) aşkar edilərək maddi sübut kimi müsadirə olunub.


Faktla bağlı müvafiq araşdırma işləri davam etdirilir.


G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: