
İqtisadi əməkdaşlıq üzrə Azərbaycan−Bolqarıstan Hökumətlərarası Komissiyanın 8-ci iclası Azərbaycanda keçiriləcək

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyanın 7-ci iclası Sofiyada başa çatıb. Bu görüş iki ölkə arasında iqtisadi əlaqələri gücləndirməyə və əməkdaşlığı genişləndirməyə həsr olunmuşdu.
İclasdan əvvəl tərəflər arasında ikitərəfli görüş keçirilib. Azərbaycan tərəfdən həmsədr, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstan tərəfdən həmsədr, energetika naziri Jeço Stankovun rəhbərlik etdiyi heyətlə bir araya gəldi. Stankov Azərbaycanı Bolqarıstanın strateji iqtisadi tərəfdaşı adlandırdı. O, enerji sahəsindəki əlaqələrin ikitərəfli münasibətlərdə əsas rol oynadığını vurğuladı. Bolqarıstan enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsini prioritet sayır və bu məqsədlə Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə mühüm önəm verir.
Görüşdə Azərbaycanla Bolqarıstan arasında əməkdaşlığın istiqamətləri ətrafında fikir mübadiləsi aparıldı. Əsas müzakirə mövzuları enerji, nəqliyyat, kənd təsərrüfatı, texnologiya transferi və ticarət dövriyyəsinin artırılması oldu. Tərəflər qarşılıqlı investisiyaların təşviqini, həmçinin məhsulların üçüncü ölkələrə ixracı zamanı Orta Dəhlizin yaratdığı üstünlüklərdən istifadə edilməsini müzakirə etdilər. Əlavə olaraq, qida təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, səhiyyə, mədəniyyət və turizm kimi sahələr üzrə əməkdaşlıq məsələlərinə də toxunuldu. Nazir Məmmədov qeyd etdi ki, ölkələr arasında əlaqələr 30 ildir uğurla inkişaf edir, və Azərbaycan Bolqarıstanla çoxşaxəli əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir. O, iki ölkənin iqtisadi potensialını nəzərə alaraq ticarət əlaqələrinin daha da şaxələndirilməsinin vacibliyinə diqqət çəkdi.
Məcnun Məmmədov Azərbaycan məhsullarının, xüsusən də kənd təsərrüfatı məhsullarının Bolqarıstan vasitəsilə Avropa İttifaqına və üçüncü ölkələrə ixracı ilə bağlı yaranan bürokratik çətinliklərin aradan qaldırılmasını zəruri sayır. O, hər iki ölkənin iş adamlarını məhsul ixracı üçün əlverişli coğrafi mövqelərdən, Azərbaycan və Bolqarıstandakı iqtisadi zonaların üstünlüklərindən maksimum yararlanmağa çağırdı. Daha sonra 7-ci iclasın yekunlarına dair protokol imzalandı. Sənəd iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, enerji, nəqliyyat və digər humanitar sahələrdə ikitərəfli əməkdaşlığı inkişaf etdirməyi nəzərdə tutur. Yekun protokolda həmçinin ikitərəfli münasibətlərin hüquqi bazasının təkmilləşdirilməsi niyyəti də əksini tapdı. Tərəflər İqtisadi əməkdaşlıq üzrə 8-ci iclasının gələn il Azərbaycanda keçirilməsi barədə razılığa gəldilər.
Ticarət və əmtəə bazarları haqqında yazıram. Xarici ticarət balansı və ixrac-idxal dinamikası mənim maraq dairəmdədir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Bakıda Azərbaycan-Belarus hökümətlərarası komissiy...
Azəri Xəbər
 
                                                                Azərbaycan-Belarus hökumətlərarası komissiyasının...
Azəri Xəbər

Azərbaycan və Belarus arasında iclas keçirləcək
Bugun.az

Əli Əsədov Belarusun Baş nazirinin müavini ilə gör...
Bugun.az

Sahil Babayev: "Azərbaycan və Serbiya 13 sənəd imz...
Azəri Xəbər
 
                                                                Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib
Azəri Xəbər
 
                                        


