İrakli Kobaxidze Finlandiya XİN rəhbərinin dəvətini rədd edib

17.10.2025 10:06 10 baxış sayı 2 dəq. oxuma Report
İrakli Kobaxidze Finlandiya XİN rəhbərinin dəvətini rədd edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze heç bir ölkədə, o cümlədən Finlandiyada qanunsuz aksiyada iştirak etmək niyyətində olmadığını bəyan edib. Gürcüstan KİV bu barədə məlumat yayıb.


Kobaxidze bu mövqeyini ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin dəvətinə münasibət bildirərkən açıqlayıb. Valtonen onu Finlandiyaya səfər etməyə və istəyinə uyğun olaraq istənilən nümayişdə iştirak etməyə çağırmışdı.


"Bilmirəm, o məni qanunsuz aksiyaya dəvət edir ya yox – bu, onun öz işidir," Kobaxidze vurğulayıb. "Amma mən heç bir ölkədə, o cümlədən Finlandiyada qanunsuz aksiyada iştirak etmək fikrində deyiləm."


İ. Kobaxidze həmçinin qeyd edib ki, cəmiyyət diplomatik normaların pozulmasının şahidi olub. O, Finlandiya xarici işlər nazirinin ATƏT-in himayəsi altında Gürcüstana gəldiyini və öz hərəkətləri ilə ölkənin daxili siyasi proseslərinə müdaxilə etdiyini bildirib.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: