
İspaniya Superkubokunun finalında bu gün "El Klasiko" olacaq

Bu gün futbol üzrə İspaniya Superkubokunun finalında bütün dünyanın gözlədiyi "El Klasiko" baş tutacaq. İspaniya futbolunun ən böyük rəqabəti sayılan bu həlledici oyunda, "Real" və "Barselona" komandaları kubok uğrunda mübarizə aparacaqlar.
Superkubok matçı Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil edilir. Qarşılaşmanın Bakı vaxtı ilə saat 23:00-da start götürməsi planlaşdırılır.
Finala qədərki yolda hər iki nəhəng komanda yarımfinal maneələrini aşa bildilər. "Barselona" yarımfinalda "Atletik" (Bilbao) klubunu böyük fərqlə, 5:0 hesabı ilə məğlub etdi. "Real" isə digər Madrid klubu "Atketiko"nu 2:1 hesabı ilə mübarizədən kənarlaşdıraraq adını finala yazdırdı.
Olimpiya idman növləri və idmançıların hekayələrini danışmağı xoşlayıram. Qadın idmanının inkişafı mənim ürəyimə yaxın mövzudur.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Yamal “El Klasiko”da Tarix Yazdı
Bugun.az

"El-Klasiko" 8 qolla bitdi
Bugun.az

Vinisiusun qərarı "Real"ı silkələdi - Mbappenin is...
Bugun.az

"Real" öz evində "El-Klasiko"da məğlub oldu
Bugun.az

"Bavariya" Avropanın ən güclüsü oldu
Son Xeberler

La Liqada "El Klasiko"nun qalibi müəyyənləşib
Azəri Xəbər



