
KİV: Avropa İttifaqı ABŞ-yə ticarət sazişinin gələcək icrası ilə bağlı plan təklif edəcək

Avropa İttifaqı (Aİ) yay aylarında əldə edilən ticarət sazişinin növbəti mərhələsinin həyata keçirilməsi planını ABŞ-yə təklif etmək niyyətindədir. Mənbələrə görə, bu yeni təklif əsasən idxal rüsumları, Avropa mallarının ABŞ bazarına çıxışı və rəqəmsal ticarət məsələlərinə yönələcək.
Bu layihə çərçivəsində Aİ, ABŞ-dən çiplər və mayeləşdirilmiş təbii qaz (LNG) alışı prosesinə nəzarət edəcək xüsusi işçi qrupun yaradılmasını da nəzərdə tutur. Bu addım əvvəlki razılaşmaların davamı olaraq atılır.
Xatırladaq ki, iyulun 27-də Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ Prezidenti Donald Tramp bəzi şərtlər üzrə razılığa gəlmişdilər. Vaşinqton avqustun 1-dən ABŞ-yə idxal olunan Avropa mallarının təxminən 75%-nə 15% rüsum tətbiq edəcəkdi. Bu, Ağ Evin daha əvvəl bütün Avropa idxalına tətbiq etməklə hədələdiyi 30%-lik rüsum təhdidinə alternativ kimi qəbul edilmişdi. Eyni zamanda, Aİ Amerika mallarına tarif tətbiq etməyəcəkdi. Əlavə olaraq, Avropa Komissiyası Aİ-yə hər hansı bir növ Rusiya enerji resurslarının idxalını tam qadağan edəcəyinə söz vermişdi. Komissiya həmçinin 750 milyard dollar dəyərində Amerika nefti, qazı, nüvə avadanlığı və yanacağı almağı, eləcə də ABŞ iqtisadiyyatına 600 milyard dollar sərmayə yatırmağı öhdəsinə götürüb.
Əmək bazarı, məşğulluq və əmək haqları mövzularında ixtisaslaşmışam. Əhalinin rifahı ilə bağlı məsələlər vacibdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Vaşinqton ABŞ ilə Çin arasında ticarət sazişinin i...
Azəri Xəbər

Almaniyanın xarici işlər naziri Aİ və NATO rəhbərl...
Azəri Xəbər

Avropa İttifaqı Ermənistanın Gəncəyə hücumunu pisl...
Son Xeberler

AK Rusiya qazının Serbiyaya nəqlini dayandırmaq ni...
Azəri Xəbər
Avropa İttifaqı Orta Dəhliz çərçivəsində əməkdaşlı...
Azəri Xəbər

Ermənistanın XİN başçısı Danimarkaya işgüzar səfər...
Azəri Xəbər



