
KİV: "Qızıl Qübbə" raketdən müdafiə sisteminin yaradılması 10-20 il çəkə bilər
Amerikanın "Qızıl Qübbə" raketdən müdafiə sisteminin hazırlanması təxminən 10-20 il çəkə və 1-4 trilyon dollara başa gələ bilər. Bu olduqca geniş maliyyə və zaman proqnozları "The Washington Post" (WP) qəzetinin geniş analitik məqaləsində təqdim edilib.
Qəzet müdafiə və büdcə analitiklərinin proqnozlarına istinad edərək bildirib ki, "Qızıl Qübbə" sisteminin qurulması ehtimal ki, ən azı on il davam edəcək və bir trilyon dollar və ya daha çox xərc tələb edəcək. Bu proqramın həyata keçirilməsi ABŞ-nin hərbi doktrinasını kökündən dəyişdirəcək. Bu layihə ilə ABŞ qarşılıqlı təminatlı məhv konsepsiyasından əl çəkməyə və potensial nüvə hücumunu zərərsizləşdirmək imkanı əldə etməyə çalışır.
Layihəyə dair fərqli maliyyə hesablamaları mövcuddur. Vaşinqtondakı "American Enterprise" institutunun baş əməkdaşı Todd Harrisonun hesablamasına görə, plan 20 il ərzində 3,6 trilyon dollara başa gələcək. Konqresin Büdcə Ofisi (KBO) isə təkcə kosmosda mühafizə vasitələrinin yerləşdirilməsinin ABŞ-yə 20 il ərzində 542 milyard dollara başa gələcəyini təxmin edib. "The Washington Post" qeyd edib ki, "Qızıl Qübbə" sisteminin yerləşdirilməsi planları, eyni zamanda, bir nəsil və ya daha çox davam edə biləcək orbital silahlanma yarışını alovlandırmaq təhlükəsi yaradır.
Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Müdafiə Naziri Güler: “İsrail Türkiyəyə Hücum edə...
Son Xeberler

ABŞ Gəmilərinə Hücum: Husilər İddia Edənə Görə 3 E...
Son Xeberler

"Rheinmetall" yeni lazer silahının sınağını başa ç...
Azəri Xəbər

Suriyada Müxaliflərin Ələ Keçirdiyi Silahlar Rusiy...
Son Xeberler

Lamine Yamal "Qızıl Top"da İlin Ən Yaxşı Gənc Futb...
Bugun.az

Ukrayna Krımı bombaladı
Bugun.az



