
Komitə sədri: Azərbaycan mədəniyyətinin tanıdılması dəqiq piar mexanizmləri ilə aparılmalıdır

Xarici ölkələrdə Azərbaycan mədəniyyətinin tanıdılması dəqiq və düşünülmüş piar mexanizmləri əsasında həyata keçirilməlidir. Bu təbliğat işi aparılarkən hər bir ölkənin spesifik xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. Bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov səsləndirib.
Komitə sədri bu barədə Türkiyənin Antalya şəhərində keçirilən Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu çərçivəsində danışıb. Tədbir Mədəniyyət Nazirliyi və Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub. Muradov "Azərbaycanın dünyada tanıdılması: diasporun mədəniyyət diplomatiyasına töhfəsi" adlı paneldə çıxış edib.
Komitə sədri forumda diasporun mədəniyyət diplomatiyasına verdiyi töhfələrdən və bu sahədəki gələcək planlardan bəhs edib. Paneldə eyni zamanda mədəniyyət naziri Adil Kərimli də iştirak edərək çıxış edib. Forumda həmçinin "Mədəniyyət sahəsində beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi: əməkdaşlıq imkanları və perspektivlər" mövzusu ətrafında da müzakirələr aparılıb.
Müzakirələr zamanı Azərbaycan diasporunun ölkəmizin beynəlxalq imicinin formalaşmasında oynadığı rol diqqət mərkəzində olub. İştirakçılar milli mədəniyyətin dünyada təbliğində diasporun fəaliyyətini, qloballaşma şəraitində mədəniyyətlərarası dialoqun gücləndirilməsini və beynəlxalq təcrübənin yerli mühitə uyğunlaşdırılması kimi məsələlər ətrafında fikir mübadiləsi ediblər.
Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

2020-2025-ci illərdə 11 qayda və Əsasnamə qəbul ol...
Azəri Xəbər
Komitə sədri: Ukraynada aparılan islahatlar Azərba...
Azəri Xəbər

Veteran təqaüdlərinin artırılması gözlənilir?
Bugun.az

Prezident: "Şuşa şəhərini Azərbaycan mədəniyyətini...
Son Xeberler

Komitə sədrindən Bakının Baş planı ilə bağlı AÇIQL...
Bugun.az

Komitə sədri koronavirusa görə deputatları diqqətl...
Son Xeberler



