Lənkəranda sel suları həyətyanı sahələrə dolub

17.10.2025 12:03 9 baxış sayı 2 dəq. oxuma APA
Lənkəranda sel suları həyətyanı sahələrə dolub

Lənkəranda güclü yağışlar böyük fəsadlara səbəb olub.


APA-nın cənub bürosundan gələn xəbərə görə, şiddətli yağışdan sonra gələn sel suları birbaşa həyətyanı sahələrə dolub. Ötən gecədən Lənkəran rayonuna yağan leysan xarakterli intensiv yağışlar xüsusilə şəhər ərazisinə və ara məhəllələrə ciddi ziyan vurub.


Suötürücü və selötürücü kanallar tamamilə sel suları ilə doldu. Su axımı mümkün olmadığı üçün sel ara məhəllələrdəki həyətyanı sahələrə və 2-ci mikrorayon ərazilərindəki binaların qarşısına çıxdı.


Binaların qarşısında yığılıb qalan sel suları səbəbindən sakinlər evlərinə daxil olmaqda və evdən çıxmaqda çətinlik çəkirlər. Nəqliyyat vasitələrinin hərəkətində də problemlər yaranıb.


Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, suötürücü və selötürücü kanallar tez-tez təmizlənir. Təmizlənmə işləri hazırda da mərhələli şəkildə davam edir.


Rayon ərazisində yağışlı hava şəraiti hələ də qalır.


A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: