LSE: Azərbaycanda "ağıllı şəhər" layihələrinin uğurunu vətəndaş iştirakı təmin edib

17.10.2025 12:16 10 baxış sayı 3 dəq. oxuma Report
LSE: Azərbaycanda "ağıllı şəhər" layihələrinin uğurunu vətəndaş iştirakı təmin edib

Azərbaycanda "ağıllı şəhər" layihələrinin uğurlu olmasında həlledici amil vətəndaşların onların formalaşması prosesində fəal iştirakı olub.


"Report" xəbər verir ki, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) insan coğrafiyası və ətraf mühit üzrə elmi işçisi Din Şarp Bakıda keçirilən III Milli Şəhərsalma Forumunda (NUFA3) bu fikri səsləndirib.


Onun sözlərinə görə, Bakıda həyata keçirilən yeniliklər Qarabağda tətbiq olunan layihələrlə müqayisədə tamamilə fərqli miqyas və alətlərə malikdir.


O qeyd edib ki, həm paytaxtda, həm də bərpa olunan rayonlarda əsas məsələ eyni qalır: insana yönəlmiş şəhərlərin yaradılması.


D.Şarp bildirib ki, "ağıllı şəhər"lər konsepsiyası üç fundamental prinsip üzərində qurulub. Birincisi, bu şəhərlər yerli reallıqlara inteqrasiya olunmalıdır. İkincisi, onların başa düşülməsi asan olmalıdır.


Üçüncüsü - və xüsusilə vacib olanı - onlar insanlara yönəlmiş olmalıdır. O əlavə edib ki, diqqət mərkəzində əvvəlcə insan, sonra isə texnologiyalar durmalıdır.


Din Şarp "ağıllı şəhər"lərin təkcə texnologiyalar və səmərəliliyin artırılması ilə bağlı olmadığını da vurğulayıb. O qeyd edib ki, bu, ilk növbədə, bələdiyyələrin daha düşünülmüş qərarlar qəbul etmək imkanlarının genişləndirilməsidir.


Məsələn, bələdiyyələr harada, nə vaxt və necə hərəkət etmək lazım olduğunu müəyyənləşdirə bilər. Ən əsası isə adi şəhər sakininin həyatının yaxşılaşdırılmasıdır.


D.Şarp bir daha bildirib ki, Azərbaycanda "ağıllı şəhər" layihələrinin həqiqətən uğurlu olduğu hallarda həlledici amil məhz vətəndaşların fəal iştirakı və qərar qəbulu prosesinə cəlb edilməsi olub.


O deyib ki, bu, bütün "ağıllı şəhər"lər konsepsiyasının əsasıdır. Buraya insanlarla birlikdə və insanlar üçün yaradılmış şəhərlər daxildir.


E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: