Mingəçevirdə 35 yaşlı kişi bıçaqlanıb

23.10.2025 19:15 15 baxış sayı 2 dəq. oxuma Trend
Mingəçevirdə 35 yaşlı kişi bıçaqlanıb

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib. Şəhərin 35 yaşlı sakini aldığı ağır xəsarətlərlə təcili olaraq xəstəxanaya yerləşdirilib. Bu hadisə Heydər Əliyev prospektində yerləşən, məcburi köçkünlərin kompakt şəkildə yaşadığı şəhərcikdə qeydə alınıb.


Yaralanan şəxsin kimliyi müəyyən edilib. O, 1990-cı il təvəllüdlü, əslən Ağdam rayonundan olan Abbasov Elvin Sərdar oğludur. E. Abbasov müxtəlif dərəcəli xəsarətlər alıb. Hazırda onu bıçaqlayan şəxsin və ya şəxslərin kimliyi və hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. Faktla bağlı müvafiq orqanlar məlumatlandırılıb.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupu məsələyə münasibət bildirib. Onlar 35 yaşlı şəhər sakininin kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmalarının başladığını təsdiqləyiblər. Polis hadisənin bütün təfərrüatlarını aydınlaşdırmağa çalışır və müvafiq prosedur hərəkətləri həyata keçirir.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: