
Narkoloji Mərkəzin həbsdə olan sabiq baş direktoru və müavininə hökm oxunub
 
                            
                        Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin sabiq baş direktoru Elşən Mustafayev və mərkəzin keçmiş direktor müavini Zamin Əliyev barəsində hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hər iki şəxs günahkar bilinərək cəzalandırıldı. Məhkəmənin qərarı ilə Mustafayev və Əliyevin hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib.
Bu şəxslər barəsində cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmışdı. İttihama görə, Elşən Mustafayev 2023-cü ilin aprel ayında vəzifəyə təyin olunduqdan sonra müavini Zamin Əliyev ilə əlbir fəaliyyət göstərib. Onlar Mərkəzdə işləyən həkimlərin fəaliyyətinə maneələrin yaradılmaması üçün, pasiyentlərin stasionar müalicə müddətlərinin uzadılması üçün, vətəndaşlardan pul alıblar. Bundan əlavə, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin xüsusi terapiya proqramına qəbul edilməsi və daha keyfiyyətli müalicə təmin etmək məqsədilə fərqli məbləğlərdə pul vəsaitini rüşvət qismində mənimsəyiblər. Hətta pul qarşılığında xəstələr daha az pasiyent olan şöbələrə və ya tək nəfərlik palatalara qəbul edilirdi.
Elşən Mustafayev və Zamin Əliyevə qarşı Cinayət Məcəlləsinin bir neçə ciddi maddəsi ilə ittiham irəli sürülmüşdü. Onlar 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddələri ilə ittiham olunurdular. Məhkəmə prosesi başlamazdan əvvəl onların barəsində həbs qətimkan tədbiri seçilmişdi. Sabiq direktor və müavini vəzifələrindən sui-istifadə edərək Narkoloji Mərkəz daxilində korrupsiya sxemi yaratdıqlarına görə hər biri 8 il azadlıqdan məhrumetmə cəzası alıb.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

MN-nin sabiq vəzifəlilərinə hökm oxundu
Bugun.az

Gədəbəyin icra başçısının sabiq müavini və tanışın...
Azəri Xəbər

Fuad Muradova hökm oxundu
Bugun.az

Vyanada Qafqaz, Mərkəzi Asiya və Avropanın yeni ql...
Azəri Xəbər

Nəzakət Məmmədxanova həbs edildi
Bugun.az

Tərtərdə anasının gözü qarşısında qardaşını öldürə...
Azəri Xəbər
 
                                        


