
Pakistan Hindistanla sərhəddə qeyri-uçuş zonası elan edib
Pakistan Hindistanla sərhəd bölgələrində hava məkanını müvəqqəti bağlamaq qərarına gəlib. Bu addım Hindistanın Racəstxan və Qucarat ştatlarında keçirdiyi irimiqyaslı hərbi təlimlər səbəbindən atılır. Qadağa 28-29 oktyabr tarixlərini əhatə edəcək. Pakistanın Mülki Aviasiya İdarəsi (PCAA) bu barədə məlumat yayıb.
Uçuş qadağası Pəncab və Sind əyalətlərinin hava məkanındakı marşrutlara şamil edilir. Yerli və xarici aviaşirkətlərin təyyarələri bu məhdudiyyətdən təsirlənəcək. PCAA aviaşirkətlərin ekipajlarına ehtiyatlı olmağı və uçuşlar üçün alternativ marşrutlardan istifadə etməyi tövsiyə edib.
Bu müvəqqəti məhdudiyyət iki ölkə arasındakı gərginliyin davamı hesab olunur. Xatırladaq ki, Pakistan bu ayın əvvəlində Hindistan təyyarələrinin öz hava məkanında uçuşuna qoyulan ümumi qadağanı noyabrın 23-ə qədər uzatmışdı. Həmin qadağa Hindistanla silahlı münaqişə fonunda aprel ayının 24-də qüvvəyə minmişdi.
Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Pakistan Əfqanıstanla sərhəddə 19 nəzarət-buraxılı...
Bugun.az

Ermənistan sərhəddə qeyri-adi bir addım atdı - FOT...
Bugun.az

Pakistan Əfqanıstanın paytaxtı Kabili hədəfə alır!...
Son Xeberler

Sərhəddə qarşıdurma - Böyük müharibə başlayır
Bugun.az

İki ölkə arasında gərginlik -Sərhəddə atışma var
Bugun.az

İsrail Livanla sərhəddə 5 gün hərbi təlimlər keçir...
Azəri Xəbər



